06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bu parlament də o deputatlardan olacaqsa… – Video

20 Dekabr 2019, 15:59
Siyasət, Araşdırma, Manşet
A A
Bu parlament də o deputatlardan olacaqsa… – Video

 

Təkcə sosial şəbəkələrin Azərbaycan seqmentinin məsxərəyə qoyması deyil, siyasi hakimiyyətin özü də qavrayırdı ki, belə mürtəce, maskalanmış, gülünc, çıxışları ilə özünü ələ salan Milli Məclis tərkibi olmaz.

Anaxeber.info yazır ki, ona görə də parlamentin buraxılması və erkən seçkiyə gedilməsi əslində, gecikdirilmiş addım idi. Ən azı 2017-2018 aralığında Milli Məclislə vidalaşıb növbədənkənar seçkiyə gedilməliydi ki, yubadıldı.

Hakim partiya özü növbədənkənar seçki təşəbbüsü ilə çıxış edərkən etiraf elədi ki, Milli Məclis islahatlarına ruhuna adekvat deyil. Bu ütülənmiş açıqlamanın lori izahı ondan ibarətiydi ki, parlamentdəki deputatların bir qismi danışığını bilmir, bir hissəsi iqtidarı əttökən səviyyədə müdafiə edir, qalanı bizneslə məşğuldur və xalqın, seçicilərin maraqlarına uyğun fəaliyyət göstərmirlər.

MM üzvlərinin əttökən çıxışları demişkən, APA TV-də Ümid Partiyasının sədri İqbal Ağazadə ilə YAP-çı deputat Elman Nəsirovun debatı bu reallığı çılpaqlığı ilə üzə çıxardı. İ.Ağazadə canlı efirdə onun üzünə söylədi ki, iqtidarı və onun rəhbərini ən biabırçı formada müdafiə edənlərdən biri olmusunuz. Ümid sədrinin təcrübəsi, arqumentləri, ritorikası təbii ki öz yerində…

Aydın məsələdir ki, illərin bişmiş, kifayət qədər təcrübəli siyasətçisi, həbs, mitinq, mübarizənin bütün yollarını keçmiş İqbal Ağazadənin qarşısında Elman Nəsirovun tab gətirməsi nonsens olardı. Sadəcə, bu debat həm hakimiyyətə, həm cəmiyyətə növbəti dəfə mesaj oldu ki, Milli Məclisdə kimlər olmalıdır, kimlər oturmalıdır.

Elə İ.Ağazadə debatda da bu məsələyə toxundu ki, əgər hakimiyyət yenə E.Nəsirov kimi adamlarını parlamentə buraxacaqsa, onda əvvəlkindən heç nə ilə fərqlənməyəcək. Əvvəlkində isə Araz Əlizadələr, Xanhüseyn Kazımlılar, Hadı Rəcəblilər və kimlər, kimlər varıydı. Elə parlamentin buraxılıb erkən seçkiyə gedilməsi də göstərir ki, hakimiyyət eyni səhvi təkrarlamaq, yenə deputatlığa yararsız kadrlara mandat paylamaq niyyətində görünmür. Ən azından situasiya və gedişat belə təsəvvür yaradır.

Yəni, İ.Ağazadənin o çıxışı iqtidara təkcə özünə görə ismarış deyildi. Söhbət normal seçki mühiti yaradılmasından, seçicinin dəstəklədiyi namizədin Milli Məclisə buraxılmasına imkan verilməsindən, təyin olunacaq namizədin yerinə qutuya topa bülletenlər atılmasının tərkarlanmamasından gedir.

Hakimiyyət peşəkar, nüfuzlu, cəmiyyətin qəbul etdiyi, seçicinin rəğbətini qazanmış namizədlərin qalib gəlməsinə baryer qoymamalıdır.
Onsuz da həmin namizəd hətta iqtidara müxalif olsa, onun fəaliyyətini tənqid etsə belə, inqilab edən deyil, təhlükə nöqtəsi sayılmır, əksinə, hakimiyyətə idarəçilik və qanunvericilik sahəsində dəstəyini vermiş olacaq.

Bu baxımdan yeni seçkidə İ.Ağazadə kimi namizədlərin səslərini saxtalaşdırıb yerinə Arif Rəhimzadələr, Hüseynbala Mirələmovlar, İqbal Məmmədovlar, Hacı Madərlər və saymaqla bitməyən keçmiş deputatları yenidən MM-ə buraxmaq iqtidarın özünün xalq qarşısında reabilitasiya etmək istədiyi reputasiyasını birdəfəlik yerə vurmuş, dəfn etmiş olacaq.

Sosial şəbəkələrdə İ.Ağazadənin deputat olduğu dövrdə ona səs vermiş seçicilər, bu seçkidə imza verənlərin video çıxışları da göstərir ki, xalq kimlərin onu parlamentdə təmsil etməsini arzulayır.

Artıq ölkədəki yeni nəsil, sosial şəbəkələrin yaratdığı aşkarlıq, sosial medianın gücü, regionda baş verənlər, dövrün tələbləri göstərir ki, hakimiyyət sağlam düşüncəli, açıqfikirli, cəsarətli, dövlətin və millətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edə bilən namizədlər parlamentdə təşəkkül tapmalıdır.

Keçmiş deputat Gülər Əhmədova da facebook hesabında yazıb ki, seçicisi olsaydı İqbal Ağazadəyə səs verərdi. Hətta YAP fəallarından biri qeyd edib ki, bizə müxalifət partiyadan olan liderlərin qarşısında onları bir kəlməylə susduracaq millət vəkilləri lazımdır: “Onların qarşısında kəkələyən millət vəkilləri yox! Bugün öz ölkəmizdə müxalif partiyanın liderlərinə cavab verə bilməyən millət vəkili sabah bizi heç bir beynəlxalq arenada təmsil edə bilməz”.

Bu, ciddi etiraf olmaqla yanaşı həm də ümummilli problemdir və məsələyə qlobal yanaşmaq lazımdır. Çünki E.Nəsirovun müxalif siyasətçiyə cavab verə bilməməsi dərd deyil, dərd parlamentdə ölkənin milli maraqlarını müdafiə etmək lazım gələndə, xaricdən anti-kampaniya aparılanda konkret, savadlı faktlarla susdurmağı bacarmamaqdır.

Millət vəkili statusu daşıyanların sərvətləri, ölkə daxilində və xaricində əldə etdikləri əmlakları, övladlarının adına rəsmiləşən biznesləri, mülkləri, Rusiyada, Ukraynada, Avropada üzə çıxan biznes şərikləri onların millətdən nə qədər uzaq olduqlarını sübut edir.
Deputat Siyavuş Novruzov deyir ki, onlar parlament üzvü olmamışdan qabaq bizneslə məşğul olublar.
Amma jurnalist Cavanşir Həsənli, digər araşdırmaçılar dəfələrlə deputatlıq dövründə biznesə sahiblənmiş MM üzvlərinin varidatını, sənədlərini ortaya çıxarıblar.
Və onların heç biri nəinki mandatından məhrum edilməyib, spiker Oqtay Əsədov buna görə deputatlara “gözün üstə qaşın var” deməyib, qanunla bizneslə məşğul olmağın qadağan edildiyini xatırlatmayıb.
Sanki xatırlatsa nə dəyişəcək. Ona görə də Ümid yeni parlamentdə sanballı siyasətçilərin olacağındadır…

Əvvəlki yazı

Ülviyyə Könül: “Bu, tamam başqa sevgidir”

Sonrakı yazı

İcra başçılarının son 24 saatı – Prezidentin xəbərdarlığından sonra

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.