26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müsavatla Yadigar Sadıqlı arasında qovğa

19 Dekabr 2019, 10:16
Siyasət, Seçmə
A A
Müsavatla Yadigar Sadıqlı arasında qovğa

Müsavat Partiyasının növbədənkənar parlament seçkilərində irəli sürdüyü namizədlər arasında başqanlığa keçmiş namizəd Yadigar Sadıqlının adının olmaması mübahisələrə səbəb olub.

Y.Sadıqlı facebook hesabında Müsavat Partiyasının indiki rəhbərliyinin onun namizədliyini dəstəkləməyəcəyini bildirib: “Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın.

”Biz irəli sürəcəkdik, amma özü sürdü” deməsinlər. Sabah (bu gün-red.) imza vərəqələrini götürməliyəm. Bilirəm, qeydə almaya bilərlər. Bilirəm, min bir əngəl törədəcəklər. Bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər. Bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın”.

Müsavat başqanının müavini Səxavət Soltanlı isə öz statusunda qeyd edib ki, Müsavat Partiyası seçkilərdə iştirak haqqında qərar verdiyi Məclis toplantısında bütün rayon təşkilatlarına və üzvlərinə açıq formada müraciət edib: “Ki, kim hansı dairədən namizəd olmaq istəyirsə partiyaya bildirsin. Kim ki, müraciət edib müzakirə edilib. Yadigar Sadıqlı isə partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizli şəkildə namizədliyini verib. Partiya son ana qədər onun qərarını gözləyib ki, Yadigar Sadıqlı fikirləşsin, bir qərar versin. Sosial şəbəkədə bildirmişdi ki, maddi problemlərlə bağlı qərarını qətiləşdirməyib. Maddi dəstək taparsa, 73 saylı dairədən namizəd olacaq. Partiya da bu fikirləşmənin bitməsini, əlbəttə, sonsuza qədər gözləyə bilməzdi. Bununla belə, həmin dairədən namizəd irəli sürməyib, hələ də namizəd siyahımız yekunlaşmayıb”.

Onun sözlərinə görə, Yadigar Sadıqlı seçki işinə rəhbərlik edən Gülağa Aslanlıya da heç bir müraciət etməyib: “Baxmayaraq ki, siyahı açıqlandıqdan 2 gün əvvəl partiyanın mərkəzi qərargahında olub. Partiya üzvü partiyaya müraciət etmədən, latent şəkildə DSK-ya gedib namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr istəmək əvəzinə, yenə də partiyanı borclu çıxarmağa çalışır. Namizəd olacağını sosial şəbəkədə belə elan etsəydi, partiya onu rəsmən dəstəkləyəcəkdi. O müraciətindən sonra partiya onu dəstəkləməsəydi, bundan növbəti şou düzəldərdi. O zaman haqlı da olardı”.

Müsavat Məclisinin sabiq üzvü Könül Şamilqızı da məsələyə reaksiya verərək status yazıb ki, MTN-ə işlədiyi, işverən olduğu elə-günə, hamıya bəlli olan birini gətirib Müsavata üzv elədilər: “Camaat da haqlı olaraq bu biabırçılığın səbəbini soruşur. Cavab verən yoxdur. Biri deyir ki, 2005-də olan işverənliyi 2019-da niyə yada salırsız ki? Biri hələ də suala cavab vermək yerinə həyasızcasına Yadigar Sadıqlını ittiham eləyir. Əmsalı görünməmiş riyakarlıqla qarşı-qarşıyayıq – sadəcə, biz müsavatçılar deyil, bütün Azərbaycan cəmiyyəti…”

Ümumiyyətlə, hər iki tərəfin yazdıqlarına müxtəlif şərhlər, mövqelər sərgilənib, müzakirələr açılıb.

AĞ Partiya başqanı, 2014-cü ildə Müsavat başqanlığına namizəd olmuş Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, vaxtilə onlar da eyni aqibətlə üzləşiblər: “Partiya 2015-ci il parlament seçkilərində əleyhimizə namizədlər verdi. Məni, Əhədi, Rüfəti dəstəkləmədilər. Biz bu məsələləri qaldıranda xəyanətdə, iqtidarın ”dəyirmanına su tökmək”də ittiham eləmişdilər. Arif Hacılının əleyhinə olanları şəfibəyçilər adlandırmışdılar. İndi özlərini şəfibəyçi elan edirlər”.

AĞ Partiya sədri Müsavat Partiyasının bugünkü halının təəssüf doğurduğunu qeyd etdi: “Parlamentdə namizədliyə partiyanın nüfuzlu şəxsləri önə çəkilməlidir. Onlar partiyada Divan və ya Məclis üzvü seçilməyə bilərlər, normal qarşılanar. Amma cəmiyyətdəki nüfuzları nəzərə alınmalıdır və seçkidə onlar irəli aparılmalıdır”.

Əvvəlki yazı

Putin bu gün rekord qırmağa hazırlaşır

Sonrakı yazı

Mətanət Əzizova: “Əli Kərimli, tulalarını yığışdır”

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.