18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İş adamı Yan Raznobarski özünü doğradı – Bakıdakı həbsxanada intihara cəhd/ VİDEO

01 May 2018, 14:06
Uncategorized
A A
İş adamı Yan Raznobarski özünü doğradı – Bakıdakı həbsxanada intihara cəhd/ VİDEO
Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində məhkum özünə qəsd edib.
Reportyor.info  criminal.az saytına istinadən xəbər verir ki, həmin müəssisədə cəza çəkən Yan Raznobarski özünü doğrayıb. Məhkumun yaxınlarının verdiyi məlumata görə, Y.Raznobarskinin özünə qəsd etməsinə səbəb məhkəmə hökmünə etiraz etməsidir. O, məhkəmənin onun işinə ədalətli baxmasını, barəsindəki qondarma hökmün ləğv edilməsini istəyir.
Məlumat üçün bildirək ki, Y.Raznobarski Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 29.120-ci (tamah məqsədi ilə qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə təqsirləndirilərək 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yan Raznobarskinin həbsinə səbəb 16 iyun 2015-ci ildə Suraxanı qəsəbəsindəki “Dostluq” kafesinin kabinetlərindən birində baş verən olaydır. Yan Raznobarski üzərində olan silahdan atəş açıb və Murad Seyidov ayağından yaralanıb. Yan Raznobarski Murad Seyidovu Sabunçudakı 3 saylı Xəstəxanaya aparıb. Elə oradaca hüquq-mühafizə orqanlarına təslim olub.
Sonradan müstəntiq ifadəsini alarkən Y.Raznobarski deyib ki, Murad Seyidovu öldürmək niyyəti olmayıb. Həmin gün onu kafeyə söhbətə çağırıb. Söhbətin məğzi isə budur ki, 2 övlad atası olan, mənzil, villa, bağ evlərinin tikintisi ilə məşğul olan Y.Raznobarskinin maddi durumu 2014-cü ilin ortalarında çətinləşib. Həmin ilin iyununda Əmircan qəsəbəsindəki mənzilini satıb. Borclarını ödəyəndən sonra qalan pulu – 25 min dolları Xaliq Cəfərova, Məryəm Cəfərovaya və Namiq Əliyevə verib. Əvəzində isə bu şəxslər ona bankdan külli miqdarda kredit vəd ediblər.
Y.Raznobarskinin Xaliq Cəfərova və digərilərinə inanması təsadüfi deyil. Bu şəxslər, xüsusən X.Cəfərov özünü nazirlərdən birinin qohumu kimi təqdim edib. Y.Raznobarskidən 15 min manatı Məryəm Cəfərova alıb. Qalanlarını da digər iki şəxsə verib ki, onlar ona ipoteka krediti ayrılmasına kömək etsinlər. Amma bu adamlar pulu götürsələr də, vədlərinə xilaf çıxıblar.
Bundan sonra Y.Raznobarski hüquq-mühafizə orqanlarına müraciət edib, ona qarşı dələduzluq edildiyini bildirib, araşdırılması üçün ərizə yazıb.
Y.Raznobarskinin yaxınları deyir ki, ərizə bu günə qədər araşdırılmamış qalıb. 25 min dolları verdikləri şəxslərdən ala bilmirlər… Y.Raznobarski Əlində olan pula Murad Seyidovdan köhnə bir ev alıb. Evin dəyərinin bir hissəsini – 20 min dolları Murad Seyidova ödəyib, ona 25 min 500 manat borclu qalıb. Lakin Yan maddi durumunun pis olduğunu görüb və evi geri qaytarmaq istəyib. Lakin Murad Seyidov deyib ki, narahat olma, mən nə qədər desən gözləyəcəyəm, pulu verərsən. Ev təmirsiz olduğundan Yan Raznobarski ailəsi ilə birgə kirayədə yaşamağa başlayıb. Lakin 2014-cü ilin sentyabrında həmin ev qısaqapanmadan yanıb. Evin 25 min manat sığortası olub.
“Xalq sığorta” sığorta şirkəti pulun yalnız 5 min 700 manatını ödəyib, qalan pulu ödəməkdən imtina edib. Əlindəki pula evi söküb yenidən tikməyə başlayıb. Evin olduğu torpağın alqı-satqısı üzrə sənədlər Yan Raznobaskinin ögey qızı Məryəm Əzimova ilə Tahirə Seyidova arasında bağlandığından sonrakı bütün müqavilələr də onların arasında olub. Buna görə də M.Əzimova ilə T.Seyidova arasında evin tikilərək satılması və əldə olunan pulun 40 min 500 manat sonuncuya ödənilməsi haqda razılıq əldə ediblər. Y.Raznobarski ilə M.Seyidovun bütün söhbətlərində onları tanış edən dəllallar – Elnur və Nahid iştirak ediblər. Y.Raznobarski 7 otaqlı evin divarlarını tikib dama çatanda Suraxanı rayon İcra Hakimiyyətindən gəlib işi dayandırıblar. 2014-cü ilin mayından 2015-ci ilin martına qədər tərəflər arasında münasibətlər müqavilə üzrə tənzimlənib. Lakin Y.Raznobarskinin gəlirləri olmadığından o vəziyyətdən çıxa bilməyib və müqavilə şərtlərinə də müvafiq olaraq əməl edə bilməyib. Ona görə də növbəti dəfə M.Seyidova müraciət edərək evi geri qaytarmasını təklif edib.
M.Seyidov isə xoş münasibət göstərərək bu dəfə də vaxtı uzadıb. 2015-ci ilin martında M.Seyidov deyib ki, pulun qalan hissəsini təcili ödə, evin sahibləri mənim həyat yoldaşımın bacılarıdır. Qaytarmasan səni məhkəməyə verəcəklər. Y.Raznobarski isə M.Seyidova deyib ki, gəl evi yarımçıq tikilmiş vəziyyətdə sataq, ilkin razılıq şərtində olduğu kimi 25 min 500 manatı ödəyim. Çünki razılaşma şərtini bu dəfə pozan M.Seyidov olub. Amma Murad Seyidov bu təkliflə razılaşmayıb. Tələb edib ki, evi həyat yoldaşı Tahirə Seyidovanın adına keçirsin. Y.Raznobarski növbəti dəfə ondan 2015-ci ilin iyununa qədər vaxt istəyib, deyib ki, əgər evi tikib sata bilməsə, heç bir qeyd-şərtsiz ona qaytaracaq…
Y.Raznobarskinin pulunun olmadığını bilən dəllallar Elnur və Nahid Natiq adlı şəxsə təklif ediblər ki, 30 min ödəyib evin tikintisini yekunlaşdırsınlar. Ev satılandan sonra isə ona 39 min manat pul verilsin. Bu təklif M.Seyidovun iştirakı ilə Elnur, Nahid, Natiq və Y.Raznobarski ilə müzakirə edilərək razılıq əldə olunub. Növbəti gün notariusa gedib razılığı rəsmiləşdirməyi qərarlaşdırıblar. Amma növbəti gün M.Seyidov yoldaşını özü ilə gətirib və nəticədə razılaşma pozulub.
Sonradan Y.Raznobarski M.Seyidovun evinə gedib, deyib ki, imkan verin evi tikib sataq. Əvvəlcə razılıq verilsə də, sonradan razılıqdan yenidən əl çəkiblər. Hadisə baş verən gün Y.Raznobrski Murad Seyidovu kafeyə çağırıb və onu qorxutmaq istəyib ki, qadınlarsız onunla danışsın. Kafedə kabinetdə silahı Murada göstərib, deyib ki, kişi kimi özü razılıq verdiyi sözü tutsun. Həmin vaxt kafedəki kabinetin qapısı açılıb, ofisiant qapıdan içəri girib və Murad Seyidov Yan Raznobarskinin üstünə cumub. Həmin vaxt silahdan atəş açılıb…

Əvvəlki yazı

Bayraq, Gerb, Himn haqqında Konstitusiya qanunu layihələri qəbul edildi

Sonrakı yazı

“Azərbaycan və Ermənistan gəncləri Qafqazda sülh istəyir” – Birgə aksiya (FOTOLAR)

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.