Sosial şəbəkələrdə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun maraqlı videosu yayılıb.
Reportyor.info xəbər verir ki, Hacıbala Abutalıbov videoda bir neçə ərəblə söhbət edir. O bildirir ki, şeytanı doğru yola gətirmək lazımdır:
“Mən deyirəm ki, gəlin şeytanı qovmayaq. Şeytanı qovanda, gedib başqasının mələyinin yerində oturar. Gəlin, şeytanı mələyə çevirək və şeytanların sayını azaldaq. İldə 5 milyon adam Kəbəyə gedib, daş atır ki, şeytanı qovuram. Mən onlara deyirəm ki, 5 milyon adam Kəbəyə gedirsiz, 5 dənə şeytanı mələyə çevirək, bəsdir. Bundan sonra şeytan qurtardı. Əmin olun ki, ən azı bir şeytanı özüm mələk edəcəm”.