23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Antiterror Mərkəzinin rəisi Elçin Quliyev MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə işin təzələnməsini istəyir

28 Fevral 2018, 09:26
Uncategorized
A A
Antiterror Mərkəzinin rəisi Elçin Quliyev MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə işin təzələnməsini istəyir

Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam edir. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə vəsatətlə çıxış edib və iclasın qapalı keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Elçin Quliyev həbs ediləndən sonra Eldar Mahmudova qarşı çıxan yeganə MTN generalıdır. Digər həbsdəki  MTN-çilər barəsində məhkəmə prosesi qapalı keçirilsə də, Elçin Quliyevin işi üzrə proses açıq keçirilir. Sonuncu prosesdə onun vəkili MTN-in 2013-cü ildə keçirdiyi “Şimal küləyi” və “Qərb qütbü” əməliyyatlarına ayrılan vəsaitlə bağlı Elçin Quliyevə ittiham verildiyini deyib.

Bildirib ki, pulların ayrılması ilə bağlı və həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri olub: “Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 736 min 58 manat ittiham verilib. Xahiş edirik ki, bu məsələnin araşdırılması ilə bağlı ekspertiza təyin olunsun”.

Elçin Quliyev isə bildirib ki, ondan heç kim hansı agentə nə qədər pul verdiyini soruşmayıb: “Bu pulların verilməsi ilə bağlı maliyyə idarəsinin heç bir məlumat olmayıb, ola da bilməz. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Mən agentlərimi rəhbər şəxslərə deyə bilərəm. Maliyyə İdarəsinin arayışı əsasında bu məsələ araşdırılıb”.

Elçin Quliyev bildirib ki, mərhum müavini, polkovnik İlqar Əliyevin öz agenti olub:

“Mən də onun agentlərini tanımamışam. Nazirin də, nazir müavininin də öz agenti olub. Heç birimizin agentini tanımamışıq, bu iş məxfi saxlanılıb. Mən heç bir dövlətin pulunu mənimsəməmişəm. Əgər bu qədər pulu mənimsəsəydim, villalarım, obyektlərim olardı. Bu gün banka borcum var”.

Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb. Elçin Quliyevin vəkili həmçinin MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə düzgün araşdırma aparılmamasını deyib, bununla bağlı mütəxəssisin rəy verməsini istəyib. Hakim bu vəsatəti də təmin etməyib.

E.Quliyevə verilən ittihamlardan biri də MTN polkovniki Malik Mustafayevin intihar həddinə çatdırılması ilə bağlıdır.

E.Quliyevin vəkili deyir ki, bu ölüm hadisəsi ilə bağlı düzgün araşdırma aparılmayıb: “Biz yenidən ekspertiza keçirilməsini istəyirik”.

Yada salaq ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovnik rütbəli əməkdaşı Malik Mustafayev 2014-cü ildə intihar edib. Onun qardaşı Mətləb Mustafayev mətbuata açıqlamalarında bildirib ki, qardaşı o dövrdə ATM rəisi olan Elçin Quliyevlə söhbətdən sonra intihar edib.

Sitat: “Qardaşım, 31 il MTN-də işləmiş, bu orqanın fəxri əməkdaşı, Qarabağ müharibəsi veteranı, 2011-ci ildən polkovnik rütbəsi daşıyan Mustafayev Malik Nəriman oğlu nazir Eldar Mahmudovun qəbuluna girərək, mənə qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Eldar Mahmudov isə ona bildirib ki, ”sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, nəinki onu, sənin bütün qohum-əqrəbanı həbs etdirəcəyəm”.

Bunun nəticəsi də o oldu ki, 17 oktyabr 2014-cü il tarixdə kiçik bacım Hümbətova İradə Nəriman qızının yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki həyətə Elşən Murtuzovun rəhbərlik etdiyi 10 nəfərlik qara maskalı şəxslər daxil oldular. Onları avtomat gücünə həyətə çıxararaq, özləri ilə gətirdikləri narkotiki evə qoymaq istəsələr də, alınmadı. Evin altını üstünə çevirdilər və öz məqsədlərinə çata bilmədən çıxıb getdilər. Qardaşım bu hərəkətlərdən sonra özünə gələ bilmədi. Qardaşım 1 noyabr 2014-cü ildə Elçin Quliyevin qəbuluna getdi. Elçin Quliyev qardaşıma nə dedisə, 2 gün sonra öz yaşadığı həyətdə özünü asaraq intihar etdi”.

Mətləb Mustafayev qardaşının ölümündə Elçin Quliyevi, keçmiş nazir Eldar Mahmudovu və digər adını çəkdiyi MTN əməkdaşlarını görür.

Qeyd edək ki, E.Quliyev apelyasiya şikayətində Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Əvvəlki yazı

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir – qanun sərtləşir

Sonrakı yazı

Çempionlar Liqasında yeni mövsümün KEÇİRİLMƏ QAYDASI

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.