12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sərdar Cəlaloğlu: “Cavanlaşma -qocalaşma kolxoz anlayışlarıdır”

12 Dekabr 2019, 10:44
Siyasət, Seçmə
A A
Sərdar Cəlaloğlu: “Cavanlaşma -qocalaşma kolxoz anlayışlarıdır”

“Müxalifət yeni ideyalar qəbul etməlidir, keçilməz yollar, çıxılmaz hasarlar aşmaq üçün dolayı yollar axtarmalıdır. Amma biz həmişə düz yol seçmişik və yanlışlıqlar olub. Bu gün əsas məsələ konsensus prinsipinin gündəmə gəlməsi olmalıdır. İqtidarla müxalifətin bir sıra məsələlərdə razılaşmasına nail olmalıyıq”.

Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin eyni şüarlarla meydana çıxması, monoton qalması, nəsillər dəyişsə də, kreativləşə bilməməsilə bağlı danışarkən qeyd etdi. ADP sədri hesab edir ki, siyasətin cavan və ya qocaya aidiyyəti yoxdur: “İdeyalar yenilənməlidir. Marks deyirdi ki, maşın xarabdırsa, kimin sürməsinin əhəmiyyəti yoxdur. Biz siyasi inkişafın nə olduğunu bilmirik. Siyasətin biologiya ilə əlaqəsi ola bilməz, bu, intellektual işdir. Cavanlaşma, yaxud qocalaşma kolxoz anlayışlarıdır”.

S.Cəlaloğlunun fikrincə, müxalifətin 80-ci və 90-cı illər siyasi düşüncəsindən ayılmasının vaxtıdır: “Bir çox məsələləri qarşıdurmasız həll etmək olar. Demokratiyada iki yol var: inqilabi və tədrici. Mən tədrici inkişaf tərəfdarıyam. Hər dəfə ”istefa” deməkdən çox hakimiyyətə problemlərin həll yolu göstərilməlidir. Biz problemləri təsvir edirik, amma həllində hakimiyyətə yardım etmirik.

Müxalifət hakimiyyətə qanunvericilik təşəbbüsləri, yeni ideyalar göstərməlidir. Bizdə müxalifətə hakimiyyəti əvəz edəcək qüvvə kimi baxıblar. Halbuki müxalifətin missiyası təkcə iqtidara gəlmək deyil, xalqın maariflənməsinə, effektiv idarəçiliyə yardım göstərmək olmalıdır”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli müxalifətin yeni ideyalar, şüarlar, təşəbbüslərlə çıxış etməməsinin səbəbini daha çox ümidsizləşməkdə görür. Onun fikrincə, zamanında müxalif qüvvələrin təklif və ideyalarına nəinki baxılıb, heç müzakirə belə olunmadan rədd edilib. Partiya sədri bu vəziyyətin uzun müddət davam etməsinin nəhayətdə siyasi durğunluğa gətirib çıxardığını düşünür.

“Müxalifətin əsas ideyası hakimiyyətin siyasətini tənqid etmək və hədəfi özünün iqtidara gəlməsi olub. Ancaq təkcə tənqidlərlə fəaliyyət məhdudlaşmamalıdır, alternativlər axtarılmalıdır. Ola bilsin ki, müxalifətin kadr bankının zəif olması və hazırlıqsızlığı da dediyiniz mənzərəni ortaya qoyub. Çünki zamanında müxalifətin təklifləri nəzərə alınmayıb və bu da siyasi qüvvələri ruhdan salıb. Ona görə də mövcud siyasi vəziyyət ümidsizliklə əlaqədardır. Durğunluq olan yerdə isə yeni ideyalar, fərqli təşəbbüslər meydana çıxmır. Siz Türkiyə, Gürcüstan siyasətinə baxsanız, oradakı dinamikanı görəcəksiniz. Təbii ki, siyasi hərəkətlənmə varsa, orada yeni təşəbbüslər yaranır”, – deyə Q.Əlibəyli vurğuladı.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu bugünkü müxalifətin Xalq Cəbhəsi şinelindən çıxan qüvvələr olduğunu qeyd etdi: “Təəssüflə deyərdim ki, gənclik siyasətlə məşğul olmur və 90-ların adamları meydandadır. Gərək siyasi reallıqlarına uyğun addımlar atsınlar. Siyasət yenilik deməkdir və prinsiplərə sadiq qalmaqdır. Dünyada modern cihazlar, texnikalar bir-birini əvəzləyir. Siyasətdə də bu qan işləməlidir. Digər tərəfdən, əminəm ki, siyasi gəlişmələr qaynar olsa, xalqın ağıllı, bacarıqlı siyasətçiləri meydana çıxacaq. Heç də müxalifətdə olan siyasət adamlarımız davasız deyillər. Sadəcə, uzun illər basqı altında olublar”.

AĞ Partiya sədrinin I müavini Əhəd Məmmədli hesab edir ki, bunun səbəbi 26 il müxalifətdə qalmaqdan qaynaqlanır: “Bu müxalifətçilik ömrü uzun çəkdi. Bu illərdə Amerika İraqa, Əfqanıstana girdi, ”narıncı” və “məxməri” inqilablar, “ərəb baharı” oldu, Ukrayna əraziləri işğal edildi. Azərbaycanda isə eyni siyasi mənzərədir. Mən deyərdim ki, Gürcüstanda Şverdnadze hakimiyyətə gələndən sonra Zveya Qamsaxurdiyanın adamları hansı taleyi yaşadılarsa, bizdə də Elçibəyçilər eyni aqibətlə üzləşdilər. Haçan ki, Azərbaycanda Elçibəyçilər siyasətdə söz sahibi olmayacaqlar, onda biz dəyişiklik gözləyə bilərik”.

Əvvəlki yazı

Putindən Jirinovskinin təklifinə reaksiya: Baxılacaq!

Sonrakı yazı

Deputat: “Şər və böhtan bizə yaraşmaz”

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.