Çin hakimiyyəti bütün dövlət müəssisələrinə 3 il ərzində xarici kompüter qurğularından və proqram təminatından imtina haqqında əmr verib.
Reportyor.info xəbər verir ki, bu barədə məlumatı “Faynənşl Tayms” qəzeti yayıb. Bu qərarın “Maykrosoft”, “Dell” və HP kimi ABŞ şirkətlərinə ciddi zərbə olacağı bildirilib.
Pekinin bu qərar sayəsində xarici texnikanı yerli cihazlarla əvəz etməyi planlaşdırdığı vurğulanıb.