Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.
APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.
“Yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir”.
“Report” xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarında deyilir.