Abşeron rayonunda abadlıq-quruculuq işləri fasiləsiz olaraq davam etdirilir. Reportyor.info-nun əməkdaşı yenidənqurma layihələrinin Abşeronun Xırdalan şəhərində genişləndirilməsinin şahidi olub.
Müxbirimizin müşahidələrinə görə, hazırda Xırdalanın Qəşəm Aslanov küçəsində yolun hər iki istiqamətində genişləndirmə işləri həyata keçirilir.
Əməkdaşımız iş icraçıları ilə söhbətində öyrənib ki, yolun bir tərəfi 1 metr,digər tərəfi 2 metr olmaqla, ümumilikdə 3 metr genişləndirilir.
Bu da həmin nəqliyyatın hərəkətində intensivliyin təmin olunmasına, həm tıxacların yaranmamasına kömək edəcək.
Bundan başqa,Xırdalanın 22-ci məhəlləsinə,“Razqrad” adlanan məhəlləyə asfalt vurulması işləri yekunlaşmaq üzrədir.Öyrəndik ki, bu quruculuq işləri “Abad Məhəllə”layihəsi çərçivəsində reallaşdırılır.
Ümumilikdə,“Abad Məhəllə”çərçivəsində 20 min kvadratmetr ərazi asfaltlanıb. Əməkdaşımızın verdiyi məlumata görə, bu işlər 14 yaşayış binasını əhatə edib.
Əvvəllər həmin binaların həyətləri, məhəllələrin yolları bərbad vəziyyətdə idi. Bu işlərin gerçəkləşməsi, 14 yaşayış binasının həyətinə asfalt vurulması sakinlər tərəfindən də sevinclə qarşılanmaqdadır.
Sakinlərin sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər son vaxtlarda sürətlənib, Xırdalan camaatını narahat edən yol problemləri həlini tapmaqdadır.
Təkcə binaların həyətləri, küçələr yox, əsas yollar da hamarlaşır. Orada olarkən məlum oldu ki, “Abad Məhəllə” çərçivəsində həyata keçirilən işlər davam etdiriləcək, digər həyətləri, küçələri əhatə edəcək.
REPORTYOR.info