“O qədər insanlar var ki, onlara yaxşılıq etmişəm, əvəzinə pislik görmüşəm”.
Bu sözləri müğənni Roza Zərgərli oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.
Roza müsahibəsində növbədənkənar parlament seçkiləri ərəfəsində Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkələrdə başlanılan aksiyanı bu cür qiymətləndirib:
“Əgər nəsə yaxşı olacaqsa, olsun. O qədər insanlar var ki, onlara yaxşılıq etmişəm, əvəzinə pislik görmüşəm. Sizə bir sadə misal çəkim. Televiziya kanalına rəhbər vəzifəyə gələn insana dəstək durmuşam, onun yerinə çox sevinmişəm, elə birinci “vurulan” da məhz mən olmuşam. Ona görə bəzi şeylərdə kiməsə dəstək çıxmaqdan qorxuram. Allah bilən məsləhətdir. Ən əsası orada bizim sözümü çatdıran olsun. İncəsənət sahəsinə canı yanan insan lazımdır”.