08-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Muğanbank” köçkünlərə qarşı

03 Dekabr 2019, 11:49
Sosial
A A
“Muğanbank” köçkünlərə qarşı

Zəngilan və Ağdamdan olan məcburi köçkünlər deyir ki, illərlə əziyyət çəkib, özlərinə ev alıblar, indi də həmin evləri “Muğanbank” ələ keçirmək istəyir.

Özü də bankın onlara vermədiyi kreditin əvəzi olaraq. Bildirirlər ki, bank onlara 300 min dollar kredit ayrıldığını iddia edir. Amma ortada bu pulun onlara verildiyini təsdiqləyən məxaric qəbzi yoxdur.

DİA.AZ-ın məlumatına görə, üç ildir ki, məhkəmələrdə bu məsələ ilə bağlı çəkişmə gedir. Bank iddia edir ki, “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-yə 2008-ci ildə verilən 300 min dollarlıq kredit qaytarılmayıb.

Ona görə də MMC-nin rəhbəri Bəxtiyar Abbasov, onunla birlikdə işləyən Eldar Cəfərquliyev və Yelmar Babayevə məxsus iki mənzil və bir bağ evinin hərraca çıxarılıb satılması, əldə olunan vəsaitin banka ödənilməsi barədə iddia qaldırıb.

Nərimanov Rayon Məhkəməsi iddianı təmin edib – “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-dən bankın xeyrinə 178 min 690 dollar əsas borc, 74 min 963 dollar faiz borcu (cəmi 253 min 653 dollar) tutulması, bu məqsədlə sözügedən evlərin hərraca çıxarılıb satılması, orada yaşayanların bir ay ərzində çıxmasına qərar verib.

Məcburi köçkünlər bu qərardan apelyasiya şikayəti verib. Bu instansiyada məsələ araşdırılarkən hakimlər bankın nümayəndəsindən 300 min dolların “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin hesabına köçürülməsini təsdiqləyən məxaric orderini istəyib. Məlum olub ki, belə bir sənəd yoxdur. Bakı Apelyasiya Məhkəməsi elə bu əsasla da mübahisədə “Muğanbank”ı haqsız sayıb və Nərimanov Rayon Məhkəməsinin onun xeyrinə çıxardığı qərarı ləğv edib.

Bank Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də bu şikayət əsasında apelyasiya instansiyasının qərarını ləğv edib. Məsələ yenidən araşdırılması üçün təkrar Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Bu yaxınlarda məhkəmə bankın xeyrinə qərar çıxarıb. Məcburi köçkünlər yenə Ali Məhkəməyə üz tutmaq niyyətindədilər. Amma deyirlər ki, ədalətli qərara ümidləri yoxdur: “Ona görə yox ki, haqsızıq. Əksinə, haqlı tərəf bizik. Ona görə ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevdir. Məhz o, ədalətli qərar çıxarılmasının qarşısını alır”.

B.Abbasov 300 min dollar söhbətinin necə yaranmasının detallarını da danışır. Deyir ki, “Zirə-Kəndli Fermer Təsərrüfatı” MMC iri və xırdabuynuzlu mal-qaranın saxlanılmasıyla məşğul olub. O, kredit almaq üçün “Muğanbank”ın “Dostluq” filialının müdiri Samir Ələkbərova müraciət edib. S.Ələkbərov Bəxtiyar Abbasovun qohumudur. Samir Ələkbərovun qardaşı isə həmin dövrdə bankın İdarə Heyətinin sədri olub:

“Muğanbank” təsərrüfata 19 sentyabr 2007-ci ildə F125 saylı kredit müaviləsi ilə 45 min manat, 2007-ci il 26 oktyabrda F134 saylı müqaviləsi ilə Babayev Yelmar Qulu oğlunun adına 45 min manat, 5 dekabr 2007-ci ildə F139 saylı müqaviləsi ilə 20 min manat, 15 dekabr 2007-ci ildə H57 saylı müqavilə ilə 130 min manat kredit ayırıb: “Sonradan Samir Ələkbərov məndən 75 min manat aldı ki, bu kreditləri birləşdirib, yeni kredit müqaviləsi bağlasın. Həqiqətən də məbləğlər birləşdirildi, 300 min dollar kreditin verilməsi ilə bağlı təsərrüfatla bank arasında 7 may 2008-ci ildə H 58 saylı kredit müaviləsi bağlandı. O vaxt müxtəlif müqavilələrlə bizə verilmiş kreditlərin ümumi məbləği 240 min manat idi. Bu da dolların o dövrdəki məzənnəsi ilə 300 min dollar eləyirdi”.

“Muğanbank” isə iddia edir ki, 300 min dollarlıq müqavilənin əvvəlki kreditlərə aidiyyəti yoxdur. Bu, yeni müqavilədir və həmin məbləğ də onlara verilib.

B.Abbasov da soruşur ki, əgər yenidən onlara 300 min dollar verilmişdisə, bəs pulun kiməsə verildiyini, yaxud müəssisənin hesabına köçürüldüyünü təsdiqləyən məxaric qəbzi niyə yoxdur: “O məxaric qəbzi ola da bilməz. Çünki o pul bizə verilməyib. Əksinə, əvvəlki kreditləri birləşdirmək üçün bizdən 75 min də əlavə pul alınıb. Adamdan soruşmazlarmı ki, əgər bu adamlar əvvəlki kreditləri qaydasında ödəmirdisə, necə olub ki, üstəlik 300 min dollar da əlavə kredit verirdiniz?”

Bankın iddiası əsasında müsadirə olunan evlərin sakinləri də maraqlı tərəf kimi məhkəmələrdə iştirak edirlər. Evlərdən biri – Bakının Qara Qarayev prospektində yerləşən üçotaqlı mənzil Yelmar Babayevə məxsusdur. O da “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-də B.Abbasovla şərik olub. Sözügedən mənzildə o, iki övladı, anası, bacısı və onun uşağıyla birlikdə yaşayır.

“Mən bir qolumu Ağdamda – müharibədə qoyub gəlmişəm. Bir əlimi ermənilər kəsmişdi, o birini də bu cür ədalətsiz qərarlarla məhkəmələr kəsdi”, – Yelmar Babayevin anası, 81 yaşlı Tamara Babayeva bildirib.

Bacısı Çiçək Babayeva da əlavə edib ki, əgər ədalət bərqərar olmasa, özlərinə qəsd etməkdən başqa çıxış yolları qalmayacaq: “Onsuz da bir dəfə ermənilər bizi ev-eşiyimizdən didərgin salmışdı, ikinci dəfə də saxta sənədlər və məhkəmələrin əli ilə özümüzünkülər eləyir. Nə fərqi oldu?! Bizi evimizdən çıxarsalar, Prezident Administrasiyasının qarşısında özümüzə qəsd edəcəyik”.

“Muğanbank” isə israr edir ki, müqavilədəki 300 min dollar yeni kreditdir və onlara verilib. Bankın nümayəndəsi məhkəməyə “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin rəhbəri ilə bağlanmış “Müddətli öhdəlik” müqaviləsi təqdim edib. Həmin müqaviləni B.Abbasov imzalayıb.

B.Abbasov isə cavabında bildirib ki, ona əvvəlki kreditlərin ümumiləşdirilib, bir müqavilədə əksini tapacağını deyib, qol çəkdiriblər: “Yenidən pul köçürməyiblər. Köçürüblərsə, mədaxil orderini ortaya qoysunlar”.

Ali Məhkəmədən isə məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Əvvəlki yazı

Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Sonrakı yazı

BDU-nun daha 2 tələbəsi pisləşdi

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.