01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham Əliyev:”İslahatlar ölkəyə faydalar gətirir”

02 Dekabr 2019, 15:26
Manşet
A A
İlham Əliyev:”İslahatlar ölkəyə faydalar gətirir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

– Sizi yenidən görmək çox xoşdur. Xoş gəlmisiniz.

CISCO şirkətinin vitse-prezidenti Qay Didrix deyib:

– Təşəkkür edirəm. Sizi görmək və bu gözəl şəhərə yenidən qayıtmaq hər zaman çox xoşdur.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq – bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.

Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən “Bakutel” sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, “Bakutel” sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir.

Qay Didrix: Elədir.

Prezident İlham Əliyev: Siz də builki sərgidə iştirak edəcəksiniz. Sizə uğurlar arzu edirəm və əminəm ki, bizim əməkdaşlığımız uğurla davam edəcək.

Qay Didrix: Təşəkkür edirəm. Siz möhtəşəm tərəfdaş olmusunuz. Bizimlə əməkdaşlıq edən elə bir ölkə yoxdur ki, onun Prezidenti detallarla bu qədər diqqətlə və müdrikcəsinə məşğul olsun. Biz bunu bəyənirik. Biz birlikdə işlə bağlı danışa bilirik. Bu, əladır. Bir sıra şərh verməzdən öncə Formula 1 yarışlarına şəxsi dəvətə görə Sizə təşəkkür etmək istərdim. Mən çox əyləndim. İlk növbədə, fantastik yarış idi. Biz “Maklaren”lə əlaqəli olduğumuzdan hər il UF1 yarışlarını təşkil etmək imtiyazına sahibəm. Sözsüz ki, Bakı yarışı mənim sevimli yarışımdır.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Qay Didrix: Bakı çox qədim şəhərdir və insanlar çox mehribandırlar. Çox yaxşı təşkil olunub və trek möhtəşəmdir. Təbrik edirik. Sizin orada mükafatları təqdim etdiyinizi görmək gözəl idi.

Prezident İlham Əliyev: Bəli, bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı yarış lap əvvəldən həqiqətən də cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, – çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, – ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır.

Əvvəlki yazı

Milli Məclis rəsmən buraxıldı: ölkə seçkiyə gedir…

Sonrakı yazı

Mehriban Əliyevanın köməkçisi PA-da vəzifəyə getdi

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.