13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Moskva səfərindən sonra erkən seçkinin – Pərdəarxası

29 Noyabr 2019, 12:13
Gündəm, Manşet
A A
Moskva səfərindən sonra erkən seçkinin – Pərdəarxası

Qərb institutları və nüfuzlu beynəlxalq təşkilatlar azı son il yarım ərzində Azərbaycanda baş verən hadisələrə “tamaşa cəmiyyəti” gözü ilə baxmağa başlayıblar.

Sonuncu diqqət çəkən münasibət Avropa İttifaqından martdakı əfv fərmanı ilə bağlı olub. 51 siyasi məhbusun azad olunması alqışlanıb. O Avropa İttifaqı ki nə mayda, nə də noyabrda Azərbaycanla arasında assosiativ saziş imzalandı. Əksinə, BDU-nun 100 illiyi tədbirində dövlət başçısı İlham Əliyev açıq ismarış verdi ki, Azərbaycan Avropaya inteqrasiya etməyəcək.

“Biz hara inteqrasiya etməliyik, böhrana? Arvadla kişi fərqi qoymayana? “Stop İslam” deyənə? Biz qətiyyən ora inteqrasiya etməyəcəyik” – sitatın sonu.

Prezident demək istəyirdi ki, Azərbaycan Avropa Birliyi üzvü olmağa hazırlaşmır. Habelə, ABŞ Dövlət Departamenti də hakimiyyətin yürütdüyü siyasət barədə vaxtaşırı bəyanatlarını tərgidib.

Hətta bu günlərdə ABŞ-ın Bakıdakı səfiri Li Litsenberq BBC-nin sualını cavablandırarkən son vaxtlar demokratiya və insan haqları barədə bəyanatların azalmasını belə izah eləmişdi ki, Azərbaycan hökumətinə sözlərini şəxsi kanallar, mesajlar vasitəsi ilə çatdırırlar.

Əvəzində Rusiyadan və Rusiyaya tez-tez çıxışlar, səfərlər, görüşlər, müzakirələr, reaksiyalar intensivləşib.
Belə mühüm və əlamətdar səfərlərindən sonuncusunu I vitse-prezident Mehriban Əliyeva etdi, Rusiya lideri Putinlə görüşdü, “Dostluq” ordeni ilə təltif olundu və qayıtdı.

AnaXeber.info yazır ki, paradoksal mənzərə budur ki, M.Əliyevanın Moskvadan dönüşündən az sonra YAP Siyasi Şurası təcili toplandı, Milli Məclisin buraxılması təşəbbüsü qaldırıldı, deputatlar prezidentə müraciət etdilər.

Yaxın günlərdə növbədənkənar parlament seçkilərinin tarixi açıqlanacaq. Çox güman ki, apreldə keçirilməsi nəzərdə tutulub. Ancaq yenə də Qərbdən hər hansı mövqe olmadı.

Bu, şübhələr yaradır ki, 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkiləri kimi, deputat seçkisi də səssiz, sakit olacaq. Qərbdən hansısa təzyiqlər olacağı, Kremlin seçki ssenariləri hazırlayacağı üfüqdə görünmür.

Hiss edilir ki, beynəlxalq güclər həyata keçirilən yeni modeli pozitiv qarşılayırlar. Əsasən də Moskva Ramiz Mehdiyev komandasının getməsi ilə paralel MM-in yenidən formalaşdırılmasına pis baxmır.

Hətta siyahısının razılaşdırılması istisna deyil. Sadəcə, geniş planda Milli Məclisin tərkibinin dəyişməsinə şahidlik edəcəyik. Bu dəyişiklik həm də oliqarx-məmur korpusunun himayəçiliyində parlamentə ayaq açmış deputatların sonunu gətirəcək.

Onların mərkəzdənqaçma meyilləri görünməsə də, sistemin vintlərini sökməsi, oyundankənar vəziyyətə düşərək bütün komandanı ofsayda salmaq sayıqlamaları siyasi rəhbərliyi boğaza yığmışdı.

İ.Əliyev belə parlament görmək istəmirdi – boşboğazlıq edən bəzi deputatlar, əsəbləri tarıma çəkənlər, komanda maraqlarından kənara çıxmalar, ağalarına xidmət üçün obıvateli qızışdıran açıqlamalar siyasi hakimiyyət risqlərlə üz-üzə qoymuşdu.

Ələlxüsus, aparılan kompleks dəyişikliklərin məntiqi davamı Milli Məclisi buraxmaq idi. Vitrini pozan icra hakimiyyətləri ilə bərabər parlament qalmışdı.

***

Anaxeber.info   yazır ki, son illərdə parlamenti qrup maraqlarından çıxış edənlərin tribunasına çevrilmişdi, icraedici hakimiyyətin əlavəsinə oxşayırdı.

Qanunerici orqan mahiyyətindən tam uzaqlaşan, bilmərrə şəkildə fəaliyyət göstərən, “tək düymə – lehinə” robot funksiyasını yerinə yetirən Milli Məclisə emosiya lazımdır, emosiya…

Üstəgəl, parlament həm prezidentin etimadını, həm seçicilərin dəstəyini itirmişdi. Seçici deputata qəti şəkildə inanmır və ona məmura biət edən varlıq kimi baxır.

YAP şübhəsiz ki, növbəti payıza qədər də gözləyə bilərdi. Lakin prezidentin başlatdığı iqtisadi islahatlar gözləyə bilməz, islahatların sürətləndrilməsi ləngiyə və yolda ilişib qala bilər.

Ortada mühüm və təxirəsalınmaz qanunvericilik və normativ-hüquqi aktların qəbul edilməsinin taleyi dayanır. İndiki parlament isə gücsüzdür, iş qabiliyyətli deyil və iflic olub, prezident isə belə parlamentlə yola davam edə bilməz.

Buradan çıxan əsas sual parlamentdə müxalifətin təmsilçiliyidir. Prezident bir neçə gün əvvəl çıxışında yeni müxalifət yaranmasına zərurət olduğunu mesaj verdi.

Ənənəvi müxalifətin (AXCP, Müsavat, KXCP, Ümid və s.) qarşısına hələ ilk dövrlərdə “cib” müxalifəti adlanan yeni müxalifət çıxarılmışdı. Parlament müxalifətinə çevrilən həmin qüvvələri hamımız tanıyırıq.
Amma prezidentin çıxışından qənaət yaranır ki, onlar lazımlılıq dövrünü başa vurublar və yeni müxalifətə ehtiyac var.

Bu xüsusda başda ReAl partiyası olmaqla, bəzi ən yeni müxaliflərin növbəti parlamentə düşəcəyinə ümid bəslənir. Savadlı, intellektli, liberal imitasiyası yaradan bəzi gənc siyasətçilər, tənqidçi hüquqşünaslar mandat qazana bilər.

Beləliklə, noyabrın 28-də parlamentin buraxılması ilə bağlı bütün aspektlərdən analizlər, müxtəlif baxış bucaqlarından şərhlər oldu, lakin Qərbin və Rusiyanın məsələlərə münasibəti nəzərdən qaçırıldı. Moskvanın və Qərbin hansısa “B” planı olduğu görünmür.

Anaxeber.info.

 

Əvvəlki yazı

Nazir müavini Sloveniyada şirkət açıb – Foto

Sonrakı yazı

Baş nazir gəldi, parlamentdə müzakirələr…

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.