Şirvan şəhər icra başçısınınmüavini Elmira Ağayevanın biznes kəhkəşanı üzə çıxıb. Reportyor.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, başçı müavininin Xəqani küçəsində iki yerdəvillası, Mahir Mirzəyev küçəsində 12 sot həyətyanı torpaq sahəsi, 16 saylı məktəbin yanında “Oba” marketə icarəyə verilən böyük mağazası var.
Habelə, 21 saylı məktəbin yanında gözəllik salonu E.Ağayevanın bəlli olan mülkləridir. Məlumatda deyilir ki, Şirvanda təhsil müəsisələri, uşaq bağçaları, səhiyyə, mədəniyyət sahələri onun inhisarındadır. Adı çəkilən müəsisələrə işə qəbulları şəxsən özü həyata keçirir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:
REPORTYOR.info