21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vəzifəli şəxsə verilməli olan gizli qutu, 105 min dollar: Nərimanov tanışını niyə güllələyib?

24 Noyabr 2019, 22:37
Uncategorized
A A
Vəzifəli şəxsə verilməli olan gizli qutu, 105 min dollar: Nərimanov tanışını niyə güllələyib?

Bakıda tanışını güllələyən şəxs hakim qarşısına çıxarılıb. Prokuror həbs edilən şəxsə ağır cəza istəyib. Hadisənin ilginc səbəbləri var.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı törətdiyi əmələ görə Rafət Nərimanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rafət Nərimanov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikə) maddələri ilə ittiham edilir. İttihama görə, Rafət Nərimanov 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova odlu silahdan 4 dəfə atəş açıb. Buna səbəb tanışların pul məsələsinə görə aralarında yaranmış mübahisə olub.

Belə ki, ittihamda göstərilir ki, Nizami Qasımov tanışı Rafət Nərimanova saxlaması üçün 105 min dollar pul verib. Lakin Rafət Nərimanov sonradan pulu geri qaytarmayaraq mənimsəyib. Bu səbəbdən tərəflər arasında yaşanan mübahisə zamanı Rafət Nərimanov özünə məxsus odlu silahla Nizami Qasımova atəş açıb. Xəstəxanaya çatdırılan N.Qasımovun həyatını xilas etmək mümkün olub.

Elan olunmuş ittihamla Rafət Nərimanov özünü qismən təqsirli bilib. Deyib ki, Nizami Qasımovu öldürmək niyyəti olmayıb. O, iddia edir ki, Nizami Qasımov ona 105 min dollar pulu verməyib.

Rafət Nərimanov ifadəsinə bunları əlavə edib: “Nizaminin evindən oğurluq edilmişdi. O da mənə bağlı bir qutu gətirdi. Dedi ki, içində bahalı hədiyyə var. Mən də aparıb evdə saxladım. Sonra qutunu məndən istəyəndə özünə təhvil verdim. Mənə içərisində pul olduğunu deməmişdi. Mənə dedi ki, qutuda olan 105 min dollar yoxdur. Buna görə də mübahisə elədik. Məni özümdən çıxardı. Mən də onu qorxutmaq üçün atəş açdım”.

Rafət Nərimanovun vəkili də məhkəmədə müdafiə çıxışı edib. Vəkil müdafiə çıxışında bildirib ki, təkrar ekspertiza keçirilməli və ibtidai istintaqı aparan müstəntiq məhkəməyə çağırılaraq dindirilməlidir.

Müdafiəçi qeyd edib ki, hadisə yerindən 4 giliz tapılsa da maşında 2 güllə izi var: “Maşına iki güllə dəyməsini sübut edən ekspertiza rəyi var. Zərərçəkmiş şəxsə güllə də dəyməyib. Şahidlərdən biri də qeyd etdi ki, hadisə yerinə çağırılan təcili tibbi yardım zərərçəkmişə heç bir yardım göstərməyərək gedib. Belə olan halda hansı adam öldürməyə cəhddən söhbət gedə bilər? Müdafiə etdiyim şəxs də bildirir ki, məqsədi zərərçəkən şəxsi qorxutmaq olub və havaya atəş açıb”.

Vəkil tərəflər arasında baş vermiş insidentə səbəb olan hadisədən də danışıb. O, bildirib ki, Nizami Qasımov müdafiə etdiyi Nərimanova vermədiyi 105 min dolları tələb edib: “İndiki zamanda heç kim başqasına saymadan min manat belə, vermir. Amma zərərçəkmiş iddia edir ki, Nərimanova 105 min dollar verib. İlk ifadəsində qutuda pul olmadığını deyib. Bildirib ki, bahalı hədiyyə olub və Rafətdən xahiş edib ki, qutunu öz evində saxlasın. Çünki bir müddət əvvəl Nizami Qasımovun evindən oğurluq edilmişdi. Nizami Qasımov da deyib ki, vəzifəli şəxsə veriləcək həmin hədiyyəni Rafət evində saxlasın. Hətta Nizami Qasımovun ifadəsindən aydın olur ki, o, bir dəfə şübhə edərək Rafətdən qutunu istəyib. Lakin sonradan qutunu ona yenidən qaytarıb. Maraqlıdır ki, onda da qutuda pul olduğunu deməyib. Reallıqdan danışmaq lazımdır. Əgər Nizami Qasımov Rafət Nərimanova etibar edib, ona saxlaması üçün pul verirdisə, niyə etibar edib qutunun içərisində 105 min dollar olduğunu deməyib? Bir dəfə şübhə etmişdisə, niyə qutunu geri alanda heç olmasa, pulu yenidən saymırdı? Düşünürəm ki, ittiham əsassızdır. Buna görə də müdafiə etdiyim şəxsə qarşı elan olunmuş ittihamlarla bəraət verilməlidir”.

Rafət Nərimanov isə son söz üçün məhkəmədən vaxt istəyib.

Mənbə: musavat.com

Əvvəlki yazı

Mehriban Əliyeva Rusiyanın məşhur media orqanlarına müsahibə verib (FOTOLAR)

Sonrakı yazı

20 gündən bir ən azı 30 manat cərimələnə bilərsiniz – Yeni qaydadan xəbərdarsınız?

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.