Bu gün Parlamentin İnsan hüquqları komitəsinin iclası keçirilir. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi salınıb.
Bildirək ki, Ombudsman vəzifəsinə 3 xanımın namizədliyi irəli sürülüb. Bunlar Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyevadır.
Qeyd edək ki, bu gün komitənin iclasında məsələ müzakirə olunduqdan sonra Parlamentin noyabrın 25-də keçiriləcək plenar iclasına tövsiyə ediləcək. Həmin gün Azərbaycanın yeni Ombudsmanı seçiləcək.
Hazırkı Ombudsman Elmira Süleymana 17 ildir sözügedən vəzifəni icra edir. Onun 82 yaşı var.