05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zatulinin bəyanatına Bakıdan sərt – Reaksiyalar

22 Noyabr 2019, 15:36
Gündəm, Seçmə
A A
Zatulinin bəyanatına Bakıdan sərt – Reaksiyalar

Bu günlərdə Rusiyanın birinci telekanalında aparıcı Vladimir Poznerlə Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qarabağ münaqişəsini də müzakirə ediblər.

«Bu həllin əsasında kompromis var. Dağlıq Qarabağ Respublikası heç kim tərəfindən tanınmayıb, amma o, mövcuddur və yaşayır. Və sizə deyim ki, o, heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq», – K.Zatulin deyib.

Onun fikrincə, rəsmi Bakı Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır, əvəzində isə Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i Azərbaycana qaytarılmalıdır.

Deputat Zahid Oruc «Turan» agentliyinə deyib ki, K.Zatulini müəyyən qədər Kremlin strateqlərinin hansısa formada idarə etdiyi şübhə doğurmur.

Deputat görə, amma bu, bütün Rusiya siyasətini əhatə etmir: «Zatulini bütövlükdə Rusiyanın və ya prezident Vladimir Putinin danışan dili, hər addımını isə Rusiyanın mövqeyi adlandırmaq çox yanlış olar. Əksinə, Rusiyada elə dairələr var ki, bunun belə görünməsini istəyirlər ki, Rusiya-Azərbaycan münasibətləri pisləşsin. Həmin soyuqlaşan əlaqələrin yerində başqa dövlətlərin maraqları bərqərar olsun».

Deputat vurğulayıb ki, Rusiya ilə münasibətlərdə XX əsrin 90-cı illərindəki siyasətə qayıtmaq olmaz. Z.Oruc Rusiyadan olan deputatın 7 rayondan 5-inin Azərbaycana qaytarılması barədə fikrinə də münasibət bildirib: «İndiki halda rayonların qaytarılması Rusiyanın planına daxildirmi ki, Zatulin 5 və 7 rayon arasında Moskvadan edilə biləcək güzəşt planını anons edib? Mən elə düşünmürəm».

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya tərəfindən cəzalandırılacağı ilə bağlı Azərbaycanda hakimiyyətə yaxın bəzi dairələrdə ifadə edilən təxminlərə gəlincə, Z.Oruc bunları deyib: «Rusiya səbirlə gözləyir. N.Paşinyanın sürətlə iflasını hazırlayır. Rusiyanın Dağlıq Qarabağın həlli planını Zatulinin diliylə səsləndirməsinə ehtiyac yoxdur. Bağlı qapılar arxasında Rusiya prezidenti V.Putin və Azərbaycan prezidenti İlham Əliyevin danışıqları, iki dövlət arasında hərtərəfli əlaqələrin inkişafı onsuz da Ermənistanın ziyanına işləyir».

Deputatın fikrincə, uzun on illər Cənubi Qafqazda vəziyyət Rusiya-Ermənistan münasibətlərindən asılı olub. Z.Oruc hesab edir ki, indi isə bu regiondakı geopolitik, geoiqtisadi, hətta hərbi durum Rusiya-Azərbaycan münasibətlərindən qaynaqlanır: «Ondan asılıdır, onun vasitəsilə müəyyən edilir. Ona görə də zatulinlərə ən yaxşı cavab bu münasibətləri kəsməmək, Rusiya ilə konfrontasiyaya getməmək, əlaqələri daha da gücləndirməkdir».

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bir qədər fərqli düşünür. O azadliq.org-a açıqlamasında bildirib ki, K.Zatulin Rusiya siyasətinin sözçüsü kimi danışır.

İ.İsmayıla görə, K.Zatulinin belə danışmasında Azərbaycan hökumətinin də günahı var: «Zatulinin illərdir ki, bu siyasəti aparmasının səbəbi Azərbaycan rəhbərliyi tərəfindən ona «dişli» cavab verilməməsidir. Dövlət səviyyəsində Zatulinin dövlətinin başçısı V.Putinə etiraz bildirilməməsidir…».

Ekspert deyib ki, «5 rayon» söhbəti Rusiya dövlətinin mövqeyidir və onlar bu fikri dəfələrlə səsləndirib, amma təəssüf ki, Azərbaycan səviyyəsində lazımı cavablar almayıblar: «Belə hesab edirəm ki, bu istiqamətdə Azərbaycan hakimiyyəti ortaya birmənalı məsələ qoymayıb… ».

İ.İsmayıl vurğulayıb ki, Rusiya heç də N.Paşinyanı cəzalandırmır: «Çünki Rusiyanın bütövlükdə Cənubi Qafqazı əlində tam saxlaması üçün «Qarabağ kartı» lazımdır. Amma yenə də ən böyük günah özümüzdədir ki, zatulinlərin cavabı zamanında təsirli şəkildə, yüksək səviyyədə verilmir».

Əvvəlki yazı

Abşeronda ədliyyə işçilərinin bayramı qeyd edilib – Fotolar

Sonrakı yazı

Yeni ombudsman kim olacaq? – Üç namizəd

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.