12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sahil Babayevin qovduğu məmur yenə nazirlikdə

21 Noyabr 2019, 15:01
Seçmə, Banner
A A
Sahil Babayevin qovduğu məmur yenə nazirlikdə
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxardığı məmurlardan birinə – Elşən Tağıyevə bir ay öncə sözügedən nazirlikdə yeni vəzifə verilib.
Bu barədə arqument.az-a verilən məlumatda bildirilir.
“Reytinq” qəzetinin ötən il yaydığı məlumatda isə deyilirdi ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyevin “As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub. Bundan sonra nazir hər iki məmuru işdən uzaqlaşdırıb.
Deyilənə görə, Elşən Tağıyevi işə qaytaran Əmək və Əhalinin Müdafiə Nazirliyində Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Heydərov olub.
Fuad Heydərovun Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin bacısı oğlu olduğu deyilir, həmçinin onun bir aydır ki, bu vəzifəyə təyin olduğu bildirilir.
Məlumatda Tağıyevin işə qaytarılması ilə bağlı nazirə təzyiqlərin olduğu da istisna edilmir: “Elşən Tağıyev Sahil Babayev tərəfindən rüşvət alma adı ilə işdən çıxarılır, bir ay bundan qabaq  isə yenidən işə bərpa olunur. Yeri gəlmişkən, Elşən Tağıyev həm də Sahil Babyevin müavini Anar Kərimovun güclü himayəsi altındadır. Görünür, nazirliyi korrupsiya yuvasından təmizləmək istəyən Sahil Babayev Fuad Heydərovların, Elşən Tağıyevlərin sürprizləri ilə üzləşməli olacaq. Görəsən, “islahatçı nazir”in rüşvət üstündə qovduğu daha hansı adamlar yenidən bu nazirliyə təyinat alacaq”.
“Bir müddət öncə ölkə başçısı etimad göstərdiyi nazirlərin mediada kompromat savaşı ilə üzləşdiyini demişdi. Həmin dövrdə bu mövzularda ən çox Sahil Babayevin adı hallanırdı. Görünür, yenə hakimiyyətdaxili kompromat savaşı və Elçin Babayevi, bacısı oğlu Fuad Heydərovu Prezident Adminstrasiyasından idarə edən dirijor çubuğu Sahil Babayevin imzaladığı əmri geri oxutdurub. Ya da artıq nazir idarəetməyə nəzarəti itirib, hətta onun qovduğu şəxsləri işlə təmin edə bilirlər”, – məlumatda qeyd olunur.
Məlumatı verən mənbə qeyd edib ki, bu məsələlərdə BDU rektoru Elçin Babayevin də xüsusi rolu olub, ancaq onun burada məqsədinin nə olduğu tam açıqlanmır: “Hazırda Elçin Babayev təhsildən başqa hər bir işlə məşğuldur. Xatırlayırsınızsa,  təhsil eksperti Etibar Əliyev bu yaxınlarda rektorun universitetdə dönərxana açdığını demişdi. O bildirib ki, BDU-nun yeni rektoru Elçin Babayev universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb və “Çarx üstü” adlı dönərxanalar rektora məxsusdur”.
“Reyting.az”ın 2018-ci ilin iyun ayında yaydığı məlumatda bildirlir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin iki əməkdaşını rüşvət almaq ittihamı ilə işdən çıxarıb.
İşdən çıxarılan şəxslərin Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev olduğu açıqlanıb.
Xəbərdə deyilir ki, onların “As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub, bundan sonra Sahil Babayev hər iki əməkdaşı vəzifədən uzaqlaşdırıb.
“As İnşaat-N” MMC-nin yüksək vəzifəli şəxslərdən birinə bağlı olduğu və məhz həmin şəxsin xahişi ilə iki məmurun işdən çıxarıldığı iddia edilir.
İşdən çıxarılanlar isə “As İnşaat-N” MMC-nin fəaliyyətinin şəffaf olmadığını deyiblər.
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Əvvəlki yazı

Zaur Adıgözəlov: “Milli qaunvericiliyimiz uşaqları qoruyur”

Sonrakı yazı

Prezident Sumqayıt-70 tədbirində nitq söyləyib

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.