04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qərbin Suriya planını kim pozdu? – “Kürdüstan” təhlili…

04 Noyabr 2019, 16:44
Dünya, Manşet
A A
Qərbin Suriya planını kim pozdu? – “Kürdüstan” təhlili…

Vedat Bilgin

“Akşam”, Türkiyə, 04 noyabr 2019-cu il

 

Başda ABŞ olmaqla, bütün Qərbdə PKK/PYD və ya YPG terror təşkilatının adı çəkilmədən “kürdlər” ifadəsiylə işlədilməsinin təsadüf olduğunu söyləmək, əlbəttə, ağılsızlıqdır.

Dünənədək işlədilən “PKK terror təşkilatıdır, amma PYD, yaxud YPG fərqlidir” kimi ifadələr də artıq ortadan qalxıb. Nə üçün? Səbəbi aydındır: Türkiyə “Sülh çeşməsi” əməliyyatı sayəsində meydana girib oyun planını pozunca, nə etmək istədikləri açığa çıxdı.

Sözü fırlatmağa heç ehtiyac yoxdur. Qərb bir tərəfdən “kürdlər”dən bəhs edir, Suriyada on minlərcəsini qətl edən, yüz minlərcəsini sürgünə göndərən PKK/PYD-ni bu insanların təmsilçisi etmək üçün çalışır, – yeri gəlmişkən, burada müəyyən məsafə qət etdiyi də açıq görünür, – digər tərəfdən, bu terror təşkilatı vasitəsilə bölgədəki ölkələri parçalayır, bir “terror dövləti” qurmağı planlaşdırır.

 

Gedişat haradır?

 

Qısası, başda Türkiyə olmaqla, region ölkələrilə Qərb sistemi arasındakı ziddiyyət böyüməkdədir. Hədəfdəki ölkələr məlumdur.

Yaxşı, bəs bu durumda nələr ola bilər? Qərb mərkəzlərində açıq şəkildə söylənən, mediada və ictimai rəydə aydınlaşan mövqe bu gün Türkiyə düşmənçiliyindən ABŞ Konqresinin Nümayəndələr Palatasında “Erməni məsələsi”nə qədər uzanaraq, haqsız və yalan bir soyqırım ittihamı ilə tarixin təhrifinə və yalan vasitəsilə mühakiməsinə çevrilmişsə, bu, səbəbsiz deyildir. Bunlar Türkiyənin açıq şəkildə onların oyun planlarının önünü kəsməsinin nəticəsidir.

İşin maraqlı və adamları dəliyə çevirən tərəfi isə Türkiyənin buna hazırlıqsız yaxalanmamış olmasıdır. “Uğursuzluqla” ittiham edilən o xarici siyasət həyata keçirilməyə başlanan planı öncədən görərək, addım-addım tədbirlərini alaraq, bu müdaxilələri etmə iradəsini ortaya qoyub. Bu baxımdan, lap əvvəldən S-400-ün sadəcə müdafiə sistemi deyil, bir strateji həmlə olaraq görülməli olduğunun, Türkiyə, Rusiya və İran arasında qurulan ittifaqın, fərqli bir xarici siyasət strategiyasının, – bu ölkədə bunu qavraya bilməyən, sabotaj etmək istəyən ünsürlər olsa da, – ortaya qoyulduğunun altını cızıram.

 

Böyük oyunu pozmaq

 

Qərbin izlədiyi strategiyanın ipuclarını təhlil etsək, plana əsasən, Suriyanın PKK/PYD “terror dövləti”nin yaradılması ilə iki yerə bölünmək istəndiyini, lakin Türkiyə-Rusiya memorandumu ilə ilk mərhələdə bu istəyin Suriyada bir federasiya yaradılması tələbinə çevrilməsinin mümkün olduğunu söyləyə bilərik. Burada çətin vəziyyətdə qalan Əsədin və əlbəttə, Rusiyanın buna razı salınmasının mümkün olduğunu düşünmələri ehtimal daxilindədir.

Yeri gəlmişkən, bu “federasiya formulu”nun bütün bölgə ölkələri üçün planlaşdırıldığının artıq gizlədilmədiyini də görmək lazımdır. Qurmağı düşündükləri federasiyanın PKK terror təşkilatı vasitəsilə planlaşdırılmasının səbəbləri arasında İraqda ənənəvi “kürd icması” ilə aparılan işdə istənilən nəticəni ala bilməmələri də var.

Kürdləri PKK-nın zülmü ilə öz nəzarətlərində qurmağı düşündükləri “terror dövləti”nin təzyiqi altında idarə etmək istədikləri, təşkilatı region ölkələrini parçalayacaq bir vasitə olaraq istifadə etdikləri açıq görünməkdədir. Ayrıca, PKK-nı İsrailə əlverişli müttəfiq olaraq nəzərdə tutduqları üçün bu strategiyanı seçdiklərini söyləyə bilərik.

Qısası, oyun böyükdür, ancaq Türkiyə də hazırlıqsız deyil.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

“Qarabağ” sabah gedir – Komandada son durum

Sonrakı yazı

Cahangir Hacıyevə qarşı 1.7 milyonluq iddia

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.