11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazirlik Qarabağ əlilindən ödəniş tələb edir

04 Noyabr 2019, 10:34
Sosial
A A
Nazirlik Qarabağ əlilindən ödəniş tələb edir

“Bir neçə gün öncə bir qrup Qarabağ qazisi ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadənin məhkəmə qərarını görməzliyə vurmasından, icra sənədi olmadan xaricdə müalicəyə ehtiyacı olan , düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinin pensiyasını dələduz “Rəvan” sığorta şirkətinə ödəyib, əlilin pensiyasını yarıqat etməsindən və hələ də geri tələb etməməsindən şikayətlənmişdi”. Bu barədə DİA.AZ-a Qarabağ Qaziləri adından daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra yazır: “Bu deyilənlər konkret faktlara söykənir və özbaşınalığa hüquqi qiymət verilməsinə əsasdır. Nə yazıq, ƏƏSMN rəhbərliyi ciddi qanun pozuntularına qiymət verilməsini təmin etmək əvəzinə, mətbuat katibi Fazil Talıblının özünümüdafiə xarakterli cavabı ilə yetərləndi və başında “Qarabağ Qaziləri evsizlikdən şikayətləndi, nazirlik cavab tərtib etdi” başlıqlı qazilərin şikayətini əsassız sayan informasiya yer aldı.

Həmin cavabda ƏƏSMN yetkilisi Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamında 2014-cü ilin 1 yanvarına kimi mənzil növbəsinə dayanan əlil -şəhid ailələrinin 2014-2018-ci illər arasında, yəni 5 il müddətinə mənzillə təmin olunmaları haqqındakı hissəni “2014-2028-ci illər” kimi göstərib. Başqa sözlə, 15 il müddətinə mənzil təminatının çözüləcəyi vurğulanıb.

Bəs elə biz Qarabağ əlilləri də bundan şikayət etmişdik ki, 5 illik müddəti ƏƏSMN 15 illik müddətlə əvəz etdirib və bu da ƏƏSMN məmurlarının özbaşınalığına xidmət edir. Prezidentin 25.01.2019 tarixli 905 saylı Sərəncamı ilə 20.06.2014 tarixli 569 saylı sərəncamda dəyişiklik edilərək “2014-2018” ifadəsi “2014-2028” ifadəsi ilə əvəzlənib.

Başqa sözlə, açıq-aşkar əlillərin mənzillə təminatı 10 il geriyə çəkilib! ? Təsəvvür edin, Qarabağ əlillərinin orta yaşı hazırda 60 civarındadır. 70-75 yaşına kimi bunlar yaşaya biləcək ki, mənzil yiyəsi də olsunlar?

Eyni zamanda, Qarabağ əlilinin pensiyasının yarıqat edilməsi “İcra haqqında” qanunun 65-ci maddəsi ilə əsaslandırılıb. Birincisi, ümumiyyətlə icra sənədinin özü yoxdur və bizim şikayətimiz də icra sənədi olmadan ƏƏSMN -in pensiyamızı başqasına ödəməsi özbaşınalığından idi.

İkincisi, lap icra sənədi olsa da, axı, “İcra haqqında” qanunun 68.1.2 maddəsinə görə, tələb borclunun xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməz!

Bəyəm ƏƏSMN məmurlarının bu qanun tələbindən xəbərləri yoxdur və yalnız 65-ci maddəni tətbiq edib Vətənin müdafiəsi zamanı əlil olan şəxsin pensiyasını yarıqat edirlər? ! Və hələ də yanlış ödədikləri ödənişi geri tələb etmirlər.

Xaricdə müalicəyə gəldikdə isə, Səhiyyə Nazirliyinin xaricdə müalicə üzrə komissiyası verdiyi rəylə bizim qrup halında Respublikadan kənarda müalicəyə göndərilməyimizi ƏƏSMN -ə göndərdiyi arayışda açıqlayıb.

Lakin ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə 2 ildir yazır ki , ƏƏSMN heç bir ölkə ilə müqavilə bağlamadığından müalicəmizin xaricdə təşkili mümkün deyil.

Yəni nazirlik öz görəvini görməkdən imtina edir, xaricdə müalicəyə ayrılan vəsaitləri mənimsəyir və əlil də müalicəsizlikdən dünyasını dəyişir! (?) Budur əlillərə, qazilərə dövlət qayğısı?

ƏƏSMN -in bu günlərdə baş verən daha bir özbaşınalığı da Qarabağ qazilərinə olan sayğısızlığı, rüşvət özbaşınalığını ortaya qoyur. Ədalət adına deyək ki, əvvəlki ƏƏSMN rəhbərliyinin heç biri belə özbaşınalığa yol verməyib.

Əksinə, nazirliyin mərkəzi və yerli bölmələrindən özləri zəng edib, istirahət evlərinə, sanatoriyalara yollayış veriblər. Özü də bir qəpiksiz, qanunun tələbinə uyğun olaraq. İndi isə xəstəliyinə uyğun sanatoriya müalicəsi almaq istəyən Qarabağ qazisinə yollayış olmadığı bildirilib.

AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə müraciət edən əlilə “Bilgəh” sanatoriyasına anında yollayış təşkil edilib və ƏƏSMN -ə göndərilib. ƏƏSMN -dən isə əlilə zəng edib, yollayışın dəyərinin 15 faizini tələb ediblər. Bunun adını ƏƏSMN rəsmiləri nə qoyacaq, görəsən?

Bir sözlə, Qarabağ əlillərinin durumu olduqca ağırdır. Bizi sosial, hüquqi, siyasi yöndən qorumalı olan dövlət qurumu özü hüququmuzu kobud pozur”.

Əvvəlki yazı

Əli Nağıyevin yerinə təyinat olub

Sonrakı yazı

Nazilə əməliyyatdan sonra – Foto

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.