Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan, Ağdaş rayonunda isə Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yollarının yenidənqurmadan sonra açılışı olub.
60 mindən artıq əhalinin yaşadığı 52 yaşayış məntəqəsini birləşdirən 137.5 km uzunluğunda 5 avtomobil yolunun açılış və təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yollarının açılışında iştirak edib.