11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakı zirzəmilərində “İvanovka şoru” – Reportaj

28 Oktyabr 2019, 10:37
Seçmə, Sosial
A A
Bakı zirzəmilərində “İvanovka şoru” – Reportaj

El arasında bir söz var: nəyinsə şorunu-şitini çıxarmaq. Yaxud hansısa malın çox ucuz olduğunu izah etmək istəyəndə deyirik ki, filan məhsul şor qiymətinədir. Amma indi bazarlarda heç şor da şor qiymətinə deyil – baxmayaraq ki, Azərbaycan insanı həmişə kənd pendiri, kənd şoru, kənd qatığı axtarışındadır. İllah da son vaxtlarda təbii nemətləri “əldə çıraq gəzirik”.

Çünki bazarları kimyəvi tərkibi olan, müxtəlif qatqılı məhsullar cənginə alıb. Əhaliyə təbii ağartı adı ilə satılan kəsmik, şor, pendir, qaymaq və s. məhsulların tərkibində nələr olub-olmadığı məlum deyil.

Hazırda hər birimiz marketlərdə “İvanovka şoru”, “Şamaxı şoru”, “Slavyanka şoru”, “Qəbələ şoru” markası ilə satılan məhsullara rast gəlirik. Bu adlarda qaymaq və s. ağartı məhsulları da var.

Ancaq  bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Belə ki, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı üzə çıxıb.

Bu da azmış kimi, sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.

Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda, xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb.

Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilib.

Bir sözlə, Binəqədidə hansısa zirzəmidə millətə “İvanovka şoru” adı ilə insan sağlamlığına təhlükə yaradan məhsullar hazırlanır. Mağazalarda isə bu cür qidalar “n” qədərdir. Onların qiymətləri də fərqlidir: bəziləri 1 manat 87 qəpiyə, bəziləri 1 manat 90 qəpiyə satılır. Halbuki rayonlarda təmiz şorun 1 kilosu 1 manatdır. O halda İvanovka, Şamaxı adı ilə satılan bu şorlara hansı maddələr qatılır ki, həm qiyməti fərqli olur, həm də əlavə qatqıya ehtiyac duyulur?

Ümumiyyətlə, sovet vaxtından insanların beyninə oturmuş bir düşüncə var ki, “İvanovka” mal nişanı altında satılan məhsullar keyfiyyətlidir. Halbuki bu məhsullar quru süddən hazırlanır. Ən pis cəhəti isə odur ki, onun tərkibində bəzən baytarlıq dərmanlarının qalıqları olur. Bunu ekspert Eyyub Hüseynov açıqlamışdı. Yerli və xarici süd məhsulları var ki, həftələrlə günün qabağında saxlayırsan, lakin xarab olmur. Bu, o deməkdir ki, onlar tamam kimyalaşmış məhsullardır. Dadı, qoxusu isə normaldır. 4 ay, 5 ay yararlılıq müddəti olan süd məhsulları var ki, onlar hamısı kimyalaşıb.

Dəfələrlə marketdən alınan “İvanovka”nın kiflənmiş olması üzə çıxıb, yaxud içindən qurd tapılıb. Təbii ki, bu cür malları təkcə Binəqədidə aşkarlanan sexdə hazırlamırlar. Şübhə doğurmur ki, belə mallar Bakının ayrı-ayrı zirzəmilərində düzəldilərək mağazalara daşınır.

Görünür ki, ölkədə həm də “şor mafiyası” var və bu şəbəkənin üzvü olan işbazlar əhaliyə bu cür təhlükəli, antisanitariya şəraitində hazırlanan məhsullar yedirirlər.

İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsullarını necə istehsal edə bilir ki, Bakı və digər şəhərlərdə, hətta rayonlarda belə, bütün ticarət obyektlərinə çatdırsın?

Əslində İvanovka kəndinin Bakıda 2 mağazası var. Buna baxmayaraq, “İvanovka” adı altında Bakıda 12-yə qədər mağaza fəaliyyət göstərir ki, onların da satdığı məhsulların bu kəndlə heç bir əlaqəsi yoxdur. “İvanovka” adı altında şərablar buraxılır. Cürbəcür məhsul da istehsal olunur. Ümumiyyətlə, Azərbaycan “İvan” məsələsindən xilas olmalıdır. Ölkə prezidenti çağırışlarında qeyd edib ki, “Made in Azerbaycan” brendi dünyada tanınmalıdır.

Bundan başqa, bir müddət əvvəl Rusiyada tərkibinə nişasta, tabaşir, sabun, soda, əhəng, bor turşusu, salisil turşusu, hətta gips belə qatılan ağartı məhsulları aşkarlanmışdı.

Azərbaycan Rusiya ilə yanaşı, Belarus, Ukrayna, Türkiyə və bir neçə Avropa ölkələrindən süd və süd məhsulları alır. Hazırda satışda 6 ay yararlılıq müddəti olan süd məhsulları var. Məsələn, İrandan gətirilən xamaların yararlılıq müddəti 6 aydır. Xamalar dadı ilə, qoxusu ilə tam yaxşı xamanı mutasiya edir. Bu məhsulun tərkibi yoxlanılmayıb, yararlılıq müddətini uzatmaq üçün hansı qatqılardan istifadə edildiyi araşdırılmayıb. İstehlakçılar bilməlidirlər ki, məhsulun ömrünü nə uzadırsa, həmin şey insanın ömrünü qısaldır.

Məsələ ilə bağlı ekspert E.Hüseynov onu da demişdi ki, uzun müddətdir bir sıra gizli sexlərdə quru süddən, mənşəyi məlum olmayan südlərdən “İvanovka” mal nişanı adı altında ağartı məhsulları istehsal olunur. “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC də Bakı ətrafında antisanitar şəraitdə mal istehsal edirlər. Həm “Uzun Ömür İvanovka”, həm də “Qafqaz İvanovka”nın sahibkarları ilə görüşmüşəm. Bu pis əməllərindən əl çəkmələri barədə ağsaqqal söhbəti aparmışam. Lakin onlar buna məhəl qoymayıb” – deyə ekspert bildirmişdi.

Ona görə də bu məhsulları alarkən diqqətli olmaq lazımdır. Ən əsası İvanovka adı ilə istehsal olunan malların hansının təmiz olduğu ictimaiyyət üçün aydınlaşdırılmalıdır.  Əks halda Elxan Muradov kimi adamlar Binəqədidə sexlərdə əhali orqanizmə ziyanlı olan maddələrdən hazırlanmış şor satmağa davam edəcəklər…

“Yeni Müsavat”

 

Əvvəlki yazı

Fədayə Laçın sabah azadlığa çıxır

Sonrakı yazı

Deputat: “Bunların hamısı boşboğazlıqdır”

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.