11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YAP hazırda ən çətin günlərini yaşayır – Sensasion şərh

28 Oktyabr 2019, 10:19
Cəmiyyət
A A
YAP hazırda ən çətin günlərini yaşayır – Sensasion şərh

Axar.az BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

– Qüdrət bəy, bildiyiniz kimi, radikal müxalifəti yenidən mitinq təyin edib. Doğrudanmı onlar bu yolla nəyəsə nail olacaqlarını düşünürlər?

– Heç nəyə nail olmayacaqlarını bilirlər. Amma “fit çalınıb”, komanda verilib və icra etməlidirlər. Hansı mənəvi-psixoloji vəziyyətdə olmalarından asılı olmayaraq, asılılığın səviyyəsi ən absurd əmrlərin icrasından belə imtinanı mümkünsüz edir.

– 19 oktyabr aksiyasından sonra sadə məntiqlə əmr verənlər də dayanmalı idilər. Yəni öz əlaltılarının bu qədər iflasa uğramasında onlar da maraqlı olmamalıdırlar. Əslində nə baş verir?

– İqtidar partiyası hakimiyyətdə olduğu dövrün ən çətin günlərini yaşayır. Heç vaxt indiki səviyyədə komanda daxilində dəyişikliklərə müqavimət olmamışdı. Köhnə komandanın bəzi üzvləri əvəzlənmək və ya mövqelərini itirmək istəmirlər. Ona görə də birləşib son patronlarını da atmağa, saman çöpündən də yapışmağa hazırdılar. Görünür ki, uğur qazanmayacaqları halda tərk etdəcəkləri gəmini batırmağa da cəhd edəcəklər. Yadellilərin məqsədi isə bu işə dəstək verməklə, mümkün olarsa vətəndaş müharibəsi törədib bizi bir-birimizə qırdırmaq, Qarabağı azad etməkdən, güclü dövlət qurmaq istiqamətində hər hansı addım atmaqdan bizi çəkindirməkdir. Məhz bu səbəbdən, onlar bəzi tərbiyəsiz ünsürlərə ölkələrində sığınacaq verib onların dili ilə cəmiyyətdə parçalanma yaratmaq, düşmənçiliyi gücləndirmək istəyirlər ki, insanlarımız hakimiyyət uğrunda bir-birinin başını kəsməyə belə hazır olsunlar. Ermənipərəst xarici dairələrin istəyini başa düşüb onlara istifadə üçün bu cür mənfur elementlər göndərən daxildəki mafioz qüvvələr onlarla təbii müttəfiqə çevriliblər və onlardan yararlanıb siyasi məqsədlərinə çatmaq istəyirlər. Bütün bunları gördüyümdən dəfələrlə “demokratiya” uğrunda mübarizə apardıqlarını deyən qüvvələrə üzümü tutub deyirəm ki, siz mafiozların tapşırıqlarını yerinə yetirməklə, onlardan aldığınız qəpik-quruşla heç nəyə nail ola bilməzsiniz, siyasi mübarizənin düşmənçilik və qeyri -əxlaqi müstəviyə keçməsini istəmirsinizsə söyüş söyənləri qınayın və lənətləyin. Onların sizlərdən olmadığını və imkanınız olacaqsa onları cəzalandıracağınızı bəyan edin. Onlar isə həmin adamları özlərini təbliğ edən kanallarda xalqımıza az qala qəhrəman kimi təqdim etməkdədirlər. Öz çirkin əməllərinə haqq qazandırmaq üçün bəyan edirlər ki, iqtidar trolları da bizi söyür. Anlamırlar ki, əgər eyni mübarizə formasını özünüz üçün məqbul sayırsınızsa, onda sizin onlardan üstünlüyünüz nədədir? Əgər qarşındakını düşmən elan etmisənsə, öz cəsarətin çatmırsa və başqalarının vasitəsilə rəqibini ən namussuz formada təhqir etdirirsənsə, onda gərək rəqibindən də tərs sillə alanda ağlamayasan və təəccüblənməyəsən ki, bu niyə baş verir.

– Qüdrət bəy, bəzi məsələləri dərindən başa düşməyib, amma səmimi olaraq dəyişiklik istədiyi üçün aksiyaya çıxanların taleyi necə olsun? Son nəticədə onlar da bizim vətəndaşlarımızdır.

– Səmimi olaraq ölkəmizin xoşbəxt gələcəyi üçün hətta, razılaşdırılmamış aksiyaya çıxan insanlar qanunları pozsalar da hörmətə layiqdirlər. Amma təəssüf ki, onların vətənpərvərliyindən namərdcəsinə sui-istifadə edildiyinin fərqində deyillər. Həm də onun da fərqində deyillər ki, qarşıdurma zamanı polis üçün çətindir müəyyənləşdirsin ki, kim təxribatçıdır, kim vətənpərvər. Bunun üçün onlar gərək alternativ informasiya almaq naminə bizim müsahibələri də oxusunlar və soyuq başla təhlil etsinlər. Aşılanmış nifrət və şəxsi narazılıq insanlarımızı sağlam düşüncədən məhrum etməməlidir.

– İqtidar daxilndəki pozucu qüvvələrə qarşı aparılan mübarizə Sizi qane edirmi?

– Çətinlikləri başa düşsəm də qətiyyən, qane etmir. Xalqımız islahatların sürətləndirilməsini istəyir, həmin qüvvələr isə əsas maneədir. Hansısa ədalətsiz, yaxud uğursuz qərarın ola bilmə ehtimalından belə çəkinmədən sürətli kadr islahatları həyata keçirilməlidir. İslahatlar keçirilərkən səhv qərarların ola bilməsi təbiidir. Tərəddüdlər həm islahatlara inamı azaldır, həm də təxribatçıları ruhlandırır və təxribatların miqyasını genişləndirir.
Əvvəllər də demişəm, bir daha deyirəm, kimsə düşünürsə ki, bu cür aksiyalarla Prezidenti qorxuda bilər, ciddi surətdə yanılır. Mən təşkilatçıları və sifarişçiləri Allahdan qorxub, sadə insanları qarşıdurmaya çağırıb mərhumiyyətlərlə üz-üzə qoymamağa çağırıram. Mafioz qüvvələr dayanmalı, kənara çəkilməli, indiyə qədər etdiklərinə görə Allahdan bağışlanmalarını istəməlidirlər. Əks halda cəzaları ağır olacaq.

– Qüdrət bəy, rusiyalı siyasi ekspert Yevgeni Mixaylov bildirib ki, Rusiya Azərbaycana KTMT-də müşahidəçi statusla təmsil olunmağı təklif edib və bu Qarabağ probleminin həllində “real irəliləyiş”in əldə olunmasına kömək edə bilər. Siz necə düşünürsünüz?

– Mən KTMT-də müşahidəçi statusla təmsil olunmaqda heç bir problem görmürəm. Bizim NATO-da da səfirimiz var və əməkdaşlıq edirik. Amma Rusiya bizə torpaqlarımızı azad etməkdə mane olmasa biz KTMT-nin tam hüquqlu üzvü də ola bilərik. Ona görə dəfələrlə söyləmişəm ki, Qarabağın azadlığı üçün biz Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmalıyıq.

Əvvəlki yazı

Elman Sadıqov: “Banklar biznesə kredit ayırmır, yoxsa…”

Sonrakı yazı

Fədayə Laçın sabah azadlığa çıxır

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.