18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müxalifət təşkilatları cümhuriyyət qurucusunun məzarını ziyarət edə bilər

27 Aprel 2018, 09:24
Cəmiyyət
A A
Müxalifət təşkilatları cümhuriyyət qurucusunun  məzarını ziyarət edə bilər

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olacaq. 2017-ci il mayın 16-da Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Bu tarixi hadisənin həm də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Türkiyənin paytaxtı Ankara şəhərindəki Əsri qəbiristanlığındakı məzarı önündə də dövlət səviyyəsində qeyd edilməsi, oraya yüksək dövlət rəsmilərinin də iştirakı ilə nümayəndə heyətinin getməsinə ehtiyac olduğu təklifləri irəli sürülməkdədir.

Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədr müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dünyada yaşayan bütün azərbaycanlılar, bütövlükdə türk dünyası üçün böyük tarixi hadisədir, bayramdır. Cümhuriyyətimizin 100 illiyi siyasi hakimiyyətlərin, partiyaların bayramı deyil, Azərbaycan dövlətinin bayramıdır.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Bu baxımdan Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin və bütün cümhuriyyət qurucularımızın məzarları önündə tədbirlər keçirilməli, onların Azərbaycan xalqı qarşısındakı müstəsna tarixi xidmətləri xatırlanmalıdır: “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Respublikasının sələfidir. Bir oğul ata-babasının mirasına, ənənəsinə, xatirəsinə necə sahib çıxırsa, biz də Cümhuriyyətimizə eləcə sahib çıxmalıyıq”.

Razi Nurullayev ile ilgili görsel sonucu

Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti böyük öndər Məhəmməd Əmin Rəsulzadənin adı ilə xarakterizə olunur. Bunun üçün də Rəsulzadə şəxsiyyətinə tam önəm vermədən, onun adını bir neçə yerdə əbədiləşdirmədən, Bakının görkəmli yerlərinin birində abidə qoymadan, dövlət səviyyəsində onun məzarını Ankarada ziyarət etmədən bayram tədbirləri çılpaq görünər: “Biz Məhəmməd Əmin Rəsulzadə və digər qurucu atalara layiqli və xalqın da razı qalacağı önəmin verilməsini istəyirik. Daha iki vacib məsələni də qeyd etmək istəyirəm. Birincisi, Cümhuriyyətimizin 100 illiyinin qeyd olunması, planlaşdırılması və iştirakı məsələlərində normal və sağlam müxalifətin olması çox vacibdir, həm də zərurətdir. İkincisi, bu il həm də Azərbaycanın azadlıq simvolu olan Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Bu tarixi hadisənin də bu il paralel olaraq dövlət səviyyəsində keçirilməsinin tərəfdarıyıq. Biz əlimizdən gələni edəcəyik, amma əlimizdən çox şeyin gəlmədiyi də aşkardır. Müxalifət təşkilatları da Rəsulzadənin məzarını ziyarət etməklə Cümhuriyyətin 100 iliyini onun məzarının önündə qeyd etsə daha yaxşı olar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Əvvəlki yazı

Abutalıbov kabinetini boşaltdı – mer sürpriz isim ola bilər

Sonrakı yazı

Xınalıqda qorxulu bədheybət peyda olub (VİDEO)

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.