05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident: “Konstruktiv müxalifət lazımdır, polisə daş atan yox”

25 Oktyabr 2019, 15:26
Siyasət, Manşet
A A
Prezident: “Konstruktiv müxalifət lazımdır, polisə daş atan yox”

Rusiyanın nüfuzlu “Kommersant” qəzeti keçmiş SSRİ ölkələrinin dövlət başçılarına həsr olunmuş yeni xüsusi layihə işə salıb.

Trend-in məlumatına görə, birinci buraxılış Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunub.

Materialın müəllifləri Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Dağlıq Qarabağ münaqişəsi və digər sahələr barədə 10 sitatını seçib.

Oxuculara həmin sitatları təqdim edirik.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında:

“Mən çox eşitmişəm: “Onu atası aparır” və ya “Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı”. Buna nə deyə bilərəm? Hər ölkədə hakimiyyətin vərəsəliyi çox vacibdir. Ona görə də Heydər Əliyevin öz varisi barədə narahat olması təbii idi. Bundan başqa o, öz varisini əvvəlcədən hazırlamağa başlayıb. Atam addım-addım öz təcrübəsini mənə ötürüb və müxtəlif vəziyyətlərdə necə davranmaq lazım olduğunu deyib”.

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva haqqında:

“Mehriban Əliyeva uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır. O, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm… O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”.

Prezident İlham Əliyev Dağlıq Qarabağ haqqında:

“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb və biz hər an doğma torpaqlarımızın işğaldan azad olunmasına hazır olmalıyıq. Əminəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü təmin edəcək”.

Prezident İlham Əliyev avrointeqrasiya haqqında:

“Bəziləri deyir ki, kiminsə xoşuna gəlmək, ya da donor pullarını əsaslandırmaq biz Avropaya inteqrasiya olmalıyıq. Sual olunur, biz hansı Avropaya inteqrasiya olmalıyıq? Bugünkü Avropa göz qabağındadır… Biz oraya inteqrasiya olmalıyıq, böhrana inteqrasiya olmalıyıq?! “Müsəlmanlara stop” deyilən yerə inteqrasiya olmalıyıq?! Qaçqın müsəlmanlara münasibətdə ikili standartlar tətbiq edənlərin cəmiyyətinə inteqrasiya olmalıyıq?! Müsəlmanları qəfəsdə saxlayanların cəmiyyətinə inteqrasiya olmalıyıq?!”

Prezident İlham Əliyev türk dünyası haqqında:

“Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

Prezident İlham Əliyev SSRİ-nin dağılması haqqında:

“SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi. Təəssüf ki, bu günədək Qorbaçov bu və digər cinayətlərə görə məsuliyyətə cəlb edilməyib”.

Prezident İlham Əliyev rus dili haqqında:

“Rus dilinə bizdə keçmişdə olduğu kimi hörmət edilir. Azərbaycan heç vaxt rus dilini özünə hədəf seçənləri dəstəkləməyəcək”.

Prezident İlham Əliyev müxalifət haqqında:

“Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən insanlar artıq xalqı bezdirib… Cəmiyyətə hökumətin diqqətini bu və ya digərə məsələyə yönəldən, hökumətin ünvanına sağlam tənqidlər səsləndirən konstruktiv müxalifət lazımdır, polisə daş atan müxalifət yox”.

Prezident İlham Əliyev tənqid haqqında:

“Freedom House” hesab edir ki, Azərbaycan azad deyil, internet qismən azaddır, son on il ərzində Azərbaycan bütün Avrasiyada demokratik idarəetmə baxımından hamıdan çox geri qalır. Təsəvvür edirsiniz? Bu, sadəcə gülməlidir və yəqin ki, bunu heç şərh etməyə dəyməz. “Freedom House” erməniyönümlü mövqeyi və ölkəmizə daimi hücumlarına görə Azərbaycanın heç bir əlaqəsi olmadığı bir təşkilatdır”.

Prezident İlham Əliyev təhsil haqqında:

“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada bu cür cavan yaşda tamamilə fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Amma mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”.

Əvvəlki yazı

Fəzail Ağamalı KİVDF-ni “vurdu”

Sonrakı yazı

“On minlərlə ABŞ əsgəri buna görə öldü” – Ruhani

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.