10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hökumətdə pensiya yaşını keçənlərin – Siyahısı

22 Oktyabr 2019, 12:08
Siyasət, Seçmə
A A
Hökumətdə pensiya yaşını keçənlərin – Siyahısı

Baş nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovun postlarını tərk etmələri təqaüd yaşına çatmış digər məmurların da işdən çıxarılmasını gündəmə gətirib. 

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı sosial şəbəkərlərdə qızğın müzakirələr aparılır. Mövzunun aktuallaşması həm də ölkə başçısı İlham Əliyevin Əli Həsənovla Hacıbala Abutalıbovu qəbul edərkən təqaüd yaşına çatmış digər məmurlara da istefa ərizəsi yazmaq barədə mesaj verməsi olub.

“Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – deyə ölkə başçısı bildirib.

Azərbaycanda təqaüd yaşı 65 yaş müəyyən edilib. “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçuları üçün ən son yaş senzi də 65 yaşdır. 65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər . Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.

Bəs hakimiyyət komandasına Əli Həsənovla Hacıbala Abutalıbovdan başqa təqaüd yaşına çatmış daha hansı məmurlar var?

Yenisabah.az bununla bağlı kiçik araşdırma aparıb. Bəlli olub ki, hazırda hakimiyyət komandasında ən yaşlı məmur Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədir. Onun 89 yaşı var. “Dövlət qulluğu haqqında” Qanuna görə o, artıq dövlət qulluğunda olmaq müddətinin uzadılması limitini də keçib.

İkinci sırada Prezident Admnistrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev gəlir. PA rəhbəri 1938-ci il təvəllüdlüdür.

Baş nazirin birinci müavini Yaqub Eyyubov da Əli Həsənovla Hacıbala Abutalıbovdan nümunə götürməli məmurlar kateqoriyasına aiddir. 74 yaşlı Yaqub Eyyubovun bu addımı atıb-atmayacağını zaman göstərəcək.

Təqaüd yaşını ötmüş məmurlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. O, Yaqub Eyyubovla həmyaşıddır.

Səhiyyə naziri Oqtay Şirəliyev isə artıq 70-i haqlayıb.

Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin təqaüd yaşını 3 ildir ki, ötüb. Generalın artıq 68 yaşı var.

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı bu il təqaüd yaşına çatıb. Onun müavini Səyyad Aranın 67 yaşı var.

Ombudsman Elmira Süleymanova və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə məmur korpusuna aid olmasalar da, onların da təcili istefa mədəniyyəti nümayiş etdirmələrinə ehtiyac var. Bir azdan 82 yaşlı Elmira Süleymanova ilə 85 yaşlı Akif Əlizadənin istefa ərizəsi yazmağa belə halları qalmayacaq.

Əvvəlki yazı

“Qalatasaray” “Real Madrid”ə qarşı

Sonrakı yazı

“Kadr islahatlarının davamı olacaq” – Deputat

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.