19-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İŞDƏN ÇIXARILAN KOMİTƏ SƏDRLƏRİ və NAZİR HƏBS EDİLƏCƏK? – “Mehdiyevin açıqlamaları cinayət işi açmaq üçün əsasdır”

26 Aprel 2018, 12:04
Cəmiyyət
A A
İŞDƏN ÇIXARILAN KOMİTƏ SƏDRLƏRİ və NAZİR HƏBS EDİLƏCƏK? – “Mehdiyevin açıqlamaları cinayət işi açmaq üçün əsasdır”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinin üzvləri arasında xeyli dəyişiklik edilib. Dəyişikliklərdən biri də Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun vəzifəsindən uzaqlaşdırılması, əvəzinə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun təyin olunmasıdır. Mia.az xəbər verir ki, Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dəyişikliyi şərh edərkən Komitənin işindən narazılıq ifadə edib və bu barədə prezident İlham Əliyevin məlumatlı olduğunu vurğulayıb: “Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezidentİlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

R.Mehdiyev prezidentin Diasporla iş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovla görüşdüyünü və ona konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb: “Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.

 

1524568318_1561_499PA rəsmisinin sözlərinə görə, Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada, Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla hər hansı iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Bəzi ekspertlər Ramiz Mehdiyevin bu açıqlamasını Diasporla İş üzrə Dövlət Komitəsində korrupsiyanın ifşa olunması kimi qiymətləndirirlər. Əgər söhbət maliyyə vəsaitlərinin öz ünvanına çatmamağından, yəni dolayısı ilə mənimsənilməsindən gedirsə, onda maraqlıdır, Prezident Adminstrasiyası rəhbərinin bu açıqlamasından sonra Nazim İbrahimov barəsində istintaq araşdırması başlaya və onun həbsi gerçəkləşə bilərmi?

cavad_cTanınmış hüquqşünas Cavad Cavadov Modern.az-a bildirib ki, Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər prokurorluq orqanlarından araşdırma tələb edir: “Maliyyə məsələlərinin qeyd edilməsi, onların ünvanına çatmaması mənimsəmədən, korrupsiya xarakterli cinayətin əlamətlərindən xəbər verir. Bu baxımdan prokurorluq araşdırmalara başlamalıdır”.

Hüquqşünas bildirib ki, yeni sədr özü də bununla bağlı müraciət edə bilər:”Komitəyə sədr təyin edilən Fuad Muradov özü məsələlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hər bir halda, Ramiz Mehdiyevin səsləndirdiyi ittihamlar cinayət araşdırılmasının başlanması üçün ciddi əsasdır”.

C.Cavadovun sözlərinə görə, Nazim İbrahimov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə cinayət işi açıla bilər:“Həmin maddədə külli miqdarda vəsaitin mənimsənilməsilə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hətta bura vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi də əlavə edilə bilər. Çünki səsləndirilən ittihamlar kifayət qədər ciddi ittihamlardır. Sadəcə, mənimsəmə ilə bağlı konkret rəqəm söylənilmədiyindən hüquqşünas olaraq mən də konkret fikir söyləyə bilmirəm. Amma Ramiz Mehdiyevin açıqlaması prokurorluq orqanları tərəfindən araşdırmalara başlanmasına səbəb ola biləcək fikirlər hesab olunur. Artıq Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi ilə araşdırmalara başlana bilər”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, təqsirkar min manatdan iki minmanatadək miqdarda cərimə və yaüç yüz altmış saatdan dörd yüz səksənsaatadək ictimai işlər və yaiki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi minmanatadək miqdarda cərimə və yaəmlakı müsadirə olunmaqla və ya olunmamaqlabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beşilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə- əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqlabeş ildən onilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin işi barədə də sərt danışıb. “ O, deyib ki, Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır: “Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutub, xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini bildirib. Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

Prezident Administrasiyasının çıxışından belə məlum olur ki, Firudin Nəbiyevin vəzifəsindən çıxarılması Dövlət Miqrasiya Xidmətində baş verən rüşvətxorluqla bağlı olub. Ramiz Mehdiyevin sözləri, yeni rəisin Dövlət Miqrasiya Xidmətində ciddi “təmizlik” aparacağından xəbər verir.

Eyni zamanfa Dövlət Miqrasiya Xidmətin sabiq rəisi Firudin Nəbiyevlə bağlı cinayət işinin açılması, onun məsuliyyətə cəlb olunması da istisna deyil.

Firudin Nəbiyev ile ilgili görsel sonucu

Maraqlıdır ki, dünəndə mediada  Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin  özünə və ailə üzvlərinə məxsus olduğu iddia edilən dəyəri milyonlarla manatlarla ölçülən villaların fotolarını yayılmağa başlanıb.

Heydər Əsədov ile ilgili görsel sonucu

Bu aradasabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da məsuliyyətə cəlb olunması gözlənilir.  Unikal.org saytı isə xəbər verir ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılması onun işinin öhdəsindən gələ bilməməsi, kənd təsərrüfatı sahəsində ciddi porblemlərin aşkar edilməsi ilə bağlıdır. Saytın əldə etdiyi məlumata görə, bu kimi yeyinti halları, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərinin maliyyə maxinasiyası aidiyyəti qurumlar tərəfindən araşdırılacaq. Bu da onu deməyə əsas verir ki, Heydər Əsədov qeyri-qanuni yolla əldə etdiyi milyon manatlarla pulun hesabını verməli olacaq. Onun məsuliyyətə cəlb olunma ehtimalı da təxmin edilir.

Əvvəlki yazı

Azərbaycan hökumətinin tərkibindəki qurumların sayı 34-dən 36-ya çatıb – TAM SİYAHI

Sonrakı yazı

Azərbaycanda tətil edənlər cəzalandırılacaq

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.