10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Cümşüd Nuriyevdən şok: “Prezident təcili addımlar atmasa…”

17 Oktyabr 2019, 16:12
Siyasət, Seçmə
A A
Cümşüd Nuriyevdən şok: “Prezident təcili addımlar atmasa…”

Prezident İlham Əliyev sonuncu müşavirədə ölkə gündəmində ciddi müzakirələrə səbəb olan bir sıra bəyanatlar, xəbərdarlıq və tövsiyyələr səsləndirib.

Ölkə başçısının sələndirdiyi fikirlər içərisində ən çox diqqət çəkən ifadələrdən biri məmurlar arasında ciddi mübarizə və gərginliyin olması, medianın da bu mübarizənin vasitələrindən birinə çevrilməsi olub.

Moderator.az olaraq siyasi elmlər doktoru Cümşüd Nuriyevlə söhbətimizdə ölkə başçısının çıxışındakı bəzi məqamlarla bağlı hörmətli politoloqun fikirlərini öyrənməyə çalışdıq:

–Cümşüd bəy, ölkə başçısı məlum müşavirədəki çıxışında bəzi höklumət üzvləri arasında münasibətlərin qarşıdurma vəziyyətində olduğunu vurğuladı və onlara sərt şəkildə xəbərdarlıq etdi. Bilmək istərdik ki, Qarabağ boyda problemi olan bir dövlətdə hökumət üzvlərinin öz güc və enerjisini daxili mübarizəyə sərf etməsi milli maraqlarımıza vurulan ən böyük zərbə kimi dəyərləndirilə bilərmi?

-Cənab prezidentin bu bəyanatı çox ciddi bir bəyanatdır. Bu, daha doğrusu prezidentin hayqırtısıdır. Bir ölkənin ki, hakimiyyəti daxilində iqtidarda təmsil olunan qüvvələr, hansı ki, prezident bunları seçib, onlara etibar edib, bu qüvvələr prezidentin ayağının altnı qazırlar, deməli oturduqları budaqları da kəsirlər. Əvvəla, Azərbaycan Qarabağ boyda problemlə üz-üzədir. Azərbaycan xalqı balanslı siyasət yürüdür və bu, çoxlarının xoşuna gəlmir. Ona görə də bəzi qüvvələr ölkə daxilində qarışıqlıq yaratmaq istəyir.

Prezident mütləq təcli addımlar atmalıdır. Birincisi, baş nazir dəyidiyi üçün hökumətin tərkibi dəyişilməlidir. Prezident hamıdan daha çox məlumatlı adamdır. Bilir ki, kimlər bu işin başında durur.

-Həmin məmurlarla bağlı hansı addımlar atılmalıdır?

-Bu adamlar milli xəyanatkarlar elan olunmalıdı. Çünki bu adamların əksəriyyəti erməni maraqlarına xidmət edən insanlardır. Məhz onların vasitəsi ilə bəzi xarici qüvvələr ölkəmizin Qarabağla bağlı atdığı, atmaq istədiyi addımları qabaqlayır. Prezidentin bəzi addımlar atmasını əngəlləməyə çalışırlar. Bilirlər ki, Qarabağla bağlı hər hansı addım atılsa, bu, qələbə ilə nəticələnəcək. Bu isə həmin məmurlara sərf etmir.

Hakimiyyət daxilində ermənilərlə qohumluğu olan adamlar kifayət qədərdir. Bu günə qədər də biz bu məsələləri gündəmə gətirirdik. Biz illərdiki bunun cəzasını çəkirik. Həmin adamlar mili ruhu olanların heç birinin hakimiyyətdə təmsilçiliyinə imkan vermir, onları parlamentə buraxmırlar.

–Ölkə başçısı çıxışında məmurların bir-birinə qarşı mübarizəsində mediadan da vasitə kimi istifadə etdiklərinə diqqət çəkdi. Sizcə məmurlaırn mediadan istifadə məsələsi araşdırılmalı və günahkaların cəzalandırılmasına nail olunmalıdırmı?

-Bu məsələdə mediadan istifadə olunması ikiqat cinayətkarlıqdır. Həmin məmurlar Azərbaycan xalqının hesabına, rüşvətlə qazandıqları pulları əldəqayırma, xəyanətkar jurnalistlərə verirlər. Həmin jurnalisltlərin vasitəsi ilə prezidentə, onun ailəsinə qarşı təbliğat aparırlar. Əgər bir qədər dəqiq araşdırsanız görəcəksiniz ki, Avropada açılan kanalların maliyyə vəsaiti Azərbaycan iqtidarından gedir. Çünki Azərbaycan müxalifəti deyilən bir şey yoxdur. Sadəcə, xaricdən alnan tapşırıları icra edən bir qrup adam var. Bu millətin dərdini çəkən insnalar bu dəqiqə nə iqtidardadır, nə də müxalifətdədir. Onlar məcbur olub, öz abırlarına bükülüb bir kənarda dayanıblar. Bunlardan biri də mənəm. Mən millətim üçün istəyib edə bilmədiyim şeylər üçün vicdan əzab çəkirəm. Mənim kimi minlərlə ziyalı var. Biz o səviyyəyə düşə bilmirik.

–Sizcə komanda üzvlərinin bir qisminin bir-birləri ilə mübarizə apardığı bir zamanda ölkə başçısının mövcud durumu necə xarakterizə edilə bilər?

-Prezident birmənalı şəkildə tək qalıb. Əgər bu addımı atmasa, o zaman bu preoses güclənəcək. Bakıdakı bütün mitiqnləri təşkil edənlər də həmin qüvvələrdir. Prezidentin əleyhinə olanlar da həmin qüvvələrdir.

–Məmurların savaşında yer alan, tərəf tutan media orqanları ilə bağlı hansı addımlar atılmalıdır?

 

-Həmin media orqanları bağlanmalıdır. Azərbaycan qanunvericiliyi də bunu tələb edir. Əgər bu siyasət davam etsə, o zaman hakimiyyətin sonu gəlib çıxacaq. Ya İlham Əliyev təcili addımlar atmalıdır, ya da İlham Əliyevi də hakimiyyətdən yıxacaqlar. Çünki bu, Azərbaycanda ilk dəfə yaşanmır. Ayaz Mütəllibovu da onun yanındakılar yıxdı. Elçibəyi də onun yanındakılar yıxdı. Onu hörmətdən saldılar, camaatla üz-göz elədilər. Indi həmin qüvvələr bu prosesi İlham Əliyevə qarşı başlatmaq istəyir. İlham Əliyev iradəli bir adamdır. Inanıram ki, o, öz iradəsini ortaya qoyacaq. O zaman həm İlham Əliyevə, həm də onun ailəsinə yönəlik təhqirlərin hamısı ortadan qalxacaq. Bunlaır edənlər cəmi bir neçə adamdır. Prezident də onları çox gözəl bilir, millət də onları tanıyır. Bilir ki, kimlər harınlayıb, kimlər qudurub. Xalq da bilir ki, bu pulların arxasında nələr, kimlərə xidmət dayanır və s.

Gəncləri irəli çəkmək lazımdır. Lakin gənclərin Azərbaycanda təcrübəsi yoxdur. Xalça altında gedən oyunları bilmir. Bu məsələdə ölkə siyasətini bilən təcrübəli adamlar olmalıdır.

Ya prezident ətrafında Azərbaycanın tanınmış ziyalılarından ibarət sosioloqlar, politoloqlar, iqtisadçılardan və s.-dən ibarət ictimai şura yaradılmalıdır. Necə ki, bu, Rusiyada mövcuddur. Onlar bunu həyata keçirsin. Bu, bir qədər uzun sürən bir prosesdir. Prezident bu adamları bəyan edib işdən azad etsə, necə ki, Heydər Əliyev siyasi riyakarlığa görə bir neçə adamı çıxarmışdı, o zaman İlham Əliyevin hakimiyyəti də möhkəmlənəcək, xalq onun ətrafında daha çox birləşəcək.

–Sizcə bu gün ölkə başçısı respublikada baş verən bütün proseslər haqqında ətrafındakı məmur təbəqəsi tərəfindən obyektiv informasiya alırmı?

-Ölkə başçısına yalan məlumatlar verirlər. Verilən məlumatların 90%-i yalandır. Həmin məmurlar media vasitəsi ilə ölkə başçısnı təhqir elətdirir, xalqda ölkə başçısına qarşı inamsızlıq yaratmağa çalışırlar. Digər tərəfdən isə İlham Əliyevə göstərmək istəyirlər ki, guya bu narazılığın önündə bunlar dayanıb. Guya bunlar olmasa, ölkə başçısı hansısa problemlə üz-üzə qala bilər. Əslində məhz həmin məmurlar olduğuna görə, prezidentə qarşı müəyyən hücumlar olunur. Bunlar olmasa, xalq İlham Əliyevi daha çox sevər. Ölkə başçısı bu cür məmurlarla bağlı təcili qərar qəbul etsə yaxşı olar. Təbii ki, bu, ölkə başçısının konstitusyon hüququdur. Biz ancaq bir siyasətçi kimi kənardan gördüklərimizi deyirik. Qərar ölkə başçısınındır. Sadəcə, ölkə başçısı bilməlidir ki, o, bu məmularla bağlı qərarını versə, xalq onun yanında olacaq

Əvvəlki yazı

İlham Əliyev Saleh Məmmədovu qəbul etdi – yeni format

Sonrakı yazı

Deputatlar Saleh Məmmədovun işinə QİYMƏT VERDİLƏR

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.