05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fuad Qəhrəmanlıya cinayət işi açıldı – Rəsmi

16 Oktyabr 2019, 13:52
Seçmə, Banner
A A
Fuad Qəhrəmanlıya cinayət işi açıldı – Rəsmi

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı haqda açıqlama yayıb.

Prokurorluqdan “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, o cümlədən fiziki və psixi zorakılıqdan mühafizə edir, məişət zorakılığının, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, zərər çəkmiş şəxslərin müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

Bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub. Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.

Həmçinin, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib. Z.Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd etmiş, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.

Bundan başqa “facebook” sosial şəbəkəsində Gülnarə Mehdiyeva adlı jurnalist Zümrüd Qəhrəmanlının bədəni üzərində zorakılığın izlərini göstərən fotoşəkillər paylaşıb və Fuad Qəhrəmalının qızları ilə söhbət zamanı ataları tərəfindən uzun illər ərzində onlara və analarına qarşı olunan zorakılığı etiraf etdiklərinə dair məlumat yayıb.

Həmin faktla bağlı Respublikada fəaliyyət göstərən bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri birgə bəyanat yayaraq, öz ailə üzvlərini fiziki və psixi iztirablara məruz qoyub, onlara əzab vermiş Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini bildiriblər.

Törədilmiş cinayətin azyaşlı və köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi xüsusatı nəzərə alınaraq cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluq tərəfindən müvafiq araşdırma aparılıb.

Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu,  təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci il tarixdə təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət etmiş və aşağı ətrafların rentgen müayinəsi keçirilib.

Göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının  Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Əvvəlki yazı

Zakir Həsənov NATO admiralı ilə görüşdü – Foto

Sonrakı yazı

Ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.