05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tramp “Şahin Cilo”ya zəng vurdu

15 Oktyabr 2019, 16:35
Dünya, Manşet
A A
Tramp “Şahin Cilo”ya zəng vurdu

ABŞ prezidenti Donald Tramp PKK-nın Suriya qolunun (YPG) hərbi qanadının liderlərindən biri, “Şahin Cilo” ləqəbli Fərhad Abdi Şahinə zəng vurub. Virtualaz.org xəbər verir ki, bu məlumatı nüfuzlu respublikaçı senator Lindsi Qrem (Lyndsey Graham) açıqlayıb.

Senator Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışandan sonra “Şahin Cilo” ya zəng vurduğunu bildirib. Lindsi Qrem hər iki telefon danışığı zamanı prezidentin yanında, Oval ofisdə olduğunu deyib.

“ABŞ prezidenti Türkiyə ordusunun Suriyanın şimalında hücumunu dayandırmağa və atəşkəs əldə etməyə çalışır”,-o əlavə edib.

Senatorun sözlərinə görə, prezident Donald Tramp telefon danışığında kürd yaraqlılarının liderinə bir sıra mesajları verib. Bildirib ki, Ərdoğanla telefon danışığında ona Suriyanın şimalında başladılan əməliyyatın ABŞ-a qətiyyən dəstəklənmədiyini, bu əməliyyatın bölgədə qeyri-stabilliyi artırdığını, İŞİD-ə qarşı əldə edilmiş nailiyyətləri təhlükəyə atdığını və sonda ancaq İranın işinə yarayacağını bildirib.

Tramp onu da çatdırıb ki, Türkiyə ordusu Kobaniyə hücum etsə bu, beynəlxalq miqyasda böyük qəzəbə yol açacaq.

Senator qeyd edib ki, Tramp PKK yaraqlılarının liderinə Türkiyənin hərbi əməliyyatlarını əngəlləmək üçün əlindən gələni etdiyini çatdırıb. Ondan xahiş edib ki, İŞİD-çiləri sərbəst buraxmasın.

Ferhad Abdi Şahin Türkiyə Daxili İşlər Nazirliyinin ən çox axtarılan terrorçular siyahısında 9-cu sırada yer alır. Nazirlik onun tutulmasına və ya məhv edilməsinə kömək edəcək informasiya üçün 4 milyon TL pul mükafatı təyin edib. İlk dəfədir ki, ABŞ prezidenti postunu tutan şəxs PKK-nın silahlı qanadının liderlərindən biri ilə birbaşa telefon danışığı aparır.

Xatırladaq ki, ötən gün Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib. Bunun ardınca Maliyyə Nazirliyi Türkiyənin energetika, müdafiə və daxili işlər nazirlərinə qarşı fərdi sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Lakin ABŞ-ın Türkiyəyə qarşı daha sərt və əhatəli sanksiyalar tətbiq etməyə hazırlaşdığı bildirilir.

Tramp özü oktyabrın 14-də Tvitterdə Türkiyə ilə ticarət danışıqlarının dayandırıldığını, bu ölkədən polad idxalına rüsumun artırıldığını açıqlayıb. “Əgər türk liderləri bu dağıdıcı və təhlükəli yolla getməkdə davam etsələr, mən Türkiyə iqtisadiyyatını sürətlə məhv etməyə tamamilə hazıram.

Suriyada kürdlərə kömək etmək istəyən kim varsa mənimlədir, istər Rusiya olsun, istər Çin və ya Napoleon Bonapart. Ümid edirəm ki, onlarda hər şey əladər, biz oradan 7 min mil uzaqdayıq”,-Tramp bildirib.

Əvvəlki yazı

Jurnalistlər İlham Əliyevə müraciət ediblər

Sonrakı yazı

29 il sonra KXDR və Cənubi Koreya matçı olub

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.