07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Guya Hacı Tahiri zorlamışam” – Əhməd Oruc

11 Oktyabr 2019, 15:30
Seçmə, Banner
A A
“Guya Hacı Tahiri zorlamışam” – Əhməd Oruc

AXH İH-nın üzvü, İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı Azadlıq Partiyasının sədri Əhməd Orucun guya ona qadın təşkil etmək istədiyi və razı olmadıqda onu sıxışdırdığı barədə açıqlama yayıb.

O, özünün Facebookdakı hesabında Əhməd Oruc onu bir qadınla zorla cinsi əlaqəyə təhrik edib: “Təxminən 2-3 aya yaxın olar ki, məni Qusarda yerləşən şəxsi mini otelinə dəvət etdi. Mənim heç bir istəyim olmadan bir qadınla intim münasibətdə olmağımı istədi.

Ciddi etirazımı görüb, fikirimi yayındırmaq üçün başqa söhbətlər etdi. Söhbət əsasında Rəhim Qazıyevin ailəsinin olmamasına görə onun halına yanıb, bura gətirəcəyini bildirdi. Və elə mənim yanımdaca Rəhim Qazıyevə zəng edib, dəvətini bildirdi. Bundan sonra yanımda qadını yanımıza gətirən şəxsə zəng açdı. Ona dedi ki, yaxın günlərdə Rəhim Qazıyev gələcək, ona seksual xidmət göstərmək lazım gələcək.

Qeyd edirəm ki, mənim etirazıma baxmayaraq Əhməd Oruc öz inadından qalmadı. Mənim bir gün də qalmağımı təkid edərək və qadınla görüşməyə məcbur edirdi. Mənim istəyim olmadan bir neçə dəfə qadına zəng vurub, telefonu məcburən mənə verirdi.

Əhməd Orucun bu davranışların gördükdən sonra onun hakimiyyət tərəfindən hansı misyasını çiyninə götürdüyünü müəyyən etdim. Məsələləri belə görüb, Bakıya döndüm. Gördüklərimi lazimi ünvana bildirdim. Məsləhət oldu ki, bu adamı kontrola götürüb əməllərinə diqqət edək”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc Musavat.com-a açıqlamasında Hacı Tahirin dediklərinin yalan olduğunu bildirib: “Bu adam həm danışdığını bilmir, həm də ümumiyyətlə danışıq qabiliyyəti yoxdur. Təsəvvür edin ki, AXH-nin toplantılarında ağzına gələni danışırdı.

Hamının gülməyi gəlirdi. Mənim də ona yazığım gəlirdi və danışacağı mövzu ilə bağlı ona uşağı öyrədən kimi necə danışmağı öyrədirdim. AXH-də dönəm sədrliyi ona çatanda iclaslarda özünü biabır edirdi. İclas apara bilmirdi. Ona görə də Mətləb Mütəllimli və bir neçə şəxs dirəşdilər ki, Hacı Tahiri buradan rədd eləmək lazımdır.

Hətta bir dəfə Elşad Musayev dedi ki, bu saat bunun ayağından tutub pəncərədən çölə tullayacağam. Dostlara dedim ki, səbr edin, dönəm sədri müddəti kesçin, birtəhər bunu yola verək. İclaslarda gündəliyi qabağına yazıb qoyurduq, üzündən höccələyə-höccələyə bir təhər yola verirdi. Bu adamın inanın ki, heç normal cümlə qurmaq qabiliyyəti yoxdur.

Onun dönəm sədrliyini bir təhər yola verdik. Sonra AXH ilə bağlı məlum hadisələr oldu. Onu oradan uzaqlaşdırdıq. Tural Abbaslı və başqaları AXH-dən gedəndən sonra Hacı Tahiri mənim xahişimlə geri qaytardıq. İclaslarda deyirdi ki, Allahı tanımırsınız, başımıza gələn müsibətlər ona görədir.

Bir dəfə dedim ki, ağzına gələni danışma. Hər dəfə bizi Allahsızlıqda suçlayırsan, olmaz belə. Deyirdim, sən piyaniskalıq edib küçələrdə yatanda, mağazalardan pul oğurlayıb türməyə düşəndə biz Allahımızı tanıyırdıq, indi də tanıyırıq. Dedim ki, başından yekə danışma”.

Ə.Orucun dediyinə görə, bundan sonra Hacı Tahir hər gün ona zəng edirmiş, onu müxalifətin, özünün lideri adlandırırmış: “Bir gün Qusarda kənddəydim. Gördüm ki, Hacı Tahirdən zəng gəldi. Soruşdu, hardasan, dedim ki, Qusardayam. Dedi ki, mən də gəlmək istəyirəm. Mən də qonaqpərvərlik göstərib dedim ki, gəl. Səhəri gəldi kəndə.

Mənim orada bir kiçik evim var. Orada iki gün qaldı. İndi bu nadürüsüt mənim o evimi otel kimi qələmə verir. Kənddə qonağım olanda dedi ki, məni buraya Allah göndərib, sən namaza oturmalısan, milləti xilas etməlisən. Mən də gördüm ki, bunun başı qaçıb, başladım bununla məzələnməyə. Dedim ki, mənim Allahın yanında hörmətim var, yanıma göndərməyə adam tapmırdı ki, səni göndərib?

Sonra mənim ailəli və ailəsiz çoxlu qonaqlarım gəldi. Həmin qonaqların yeyib-içmək məclisində bu Tahir gəlib həmin adamlara niyə içdiklərini irad tuturdu, “namaz qılın” deyirdi.

Bir dəfə də həmin köhnə dostlarım olan qonaqlar yeyib-içən vaxta Tahir birdən uca sələ azan verməyə başladı. Hamı səksəndi bir anlığa. Dedim ə, azan vaxtı deyil, ikincisi get evdə azan ver.

Orada məni faktiki olaraq bezdirdi, ona dedim ki, sən nəcis daşıyan makinasan, əl çək məndən. Dedim ki, səni Allah necə göndərib bura? Özünü gic yerinə qoymusan, yoxsa məni?!

Məndən küsdü, adamların yanında dedi, gedirəm. Dedim cəhənnəmə get. Yəni bu adamın mənim evimdə necə olması bundan ibarətdir. İndi gəlib ağzına gələn şər-böhtanı yağdırır.

Mənə bir neçə gün öncə partiya sədrlərindən biri demişdi ki, Hacı Tahir sənə qarşı guya sənin onu zorlamaq istədiyi böhtanını atacaq. İndi Tahir ortaya çıxıb, guya mənim ona bir qadınla münasibətdə olması üçün təzyiq göstərmişəm, zor göstərmişəm.

Tamamilə cəfəng, uydurma, xəstə adamın sərsəmləməsidir. Allah vurub onu. Bir dəfə mən onunla yol gedəndə onunla məzələnmək üçün dedim “qadınlara yaman göz qoyursan, Hacı”. Cavab verdi ki, məndə hazır siğələr olur. Hansı qadınla görüşürəm, həmin siğədən istifadə edirəm ki, günah olmasın. Yəni bu adam bir az ağıldan o məsələdir”.

Əvvəlki yazı

Neft emalı zavodunun təmiri nə qədər ziyan vurur? – ARAŞDIRMA

Sonrakı yazı

Bakıdan Türkiyənin Suriya əməliyyatına dəstək

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.