23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Problemin kökü korrupsiyadır”

09 Oktyabr 2019, 13:41
Cəmiyyət, Seçmə
A A
Deputat: “Problemin kökü korrupsiyadır”

“Bu reallıqdır. Əgər məmurun savadı, Vətənə, millətə, dövlətə sevgisi varsa, neqativ halların heç biri onda olmayacaq. Bizdə vətənpərvərliklə bağlı çoxlu mövqe və baxışlar var”. 

Bu sözləri Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nəsib Məhəməliyev APA-ya açıqlamasında deyib. O, cəmiyyətdə məmurlara qarşı münasibətdən danışarkən bunun səbəblərini də izah edib:

“Mənim baxışıma görə, vətənpərvər ilk növbədə o insandır ki, cəmiyyətdə harada və hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsini layiqincə yerinə yetirir. Hesab edirəm ki, məmur heç vaxt şəxsi hisslərlə rəhbərlik etməməlidir. Şəxsi hisslər aldadıcıdır. Çünki şəxsi hisslər gündə bir neçə dəfə dəyişə bilər. Məmur qanunlara, Konstitusiyaya riayət etməli və təmsil etdiyi komandanın mənəvi prinsiplərinə əsaslanmalıdır.

Bizdə bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi qurumlara, ilk növbədə, öz adamlarını gətirirlər. Orada 10-15 il dövlətə sədaqətlə çalışan savadlı insanları kənarlaşdırır, onun yerinə işini bilməyən, bəzi hallarda kobud adamları ətrafına yığır. Bu məmur oraya məhz korrupsiya ilə məşğul olmağa gəlir. Hesab edirəm ki, əhalidə narazılıq yaradan problemin kökündə bu durur. Bu hal kütləvi hal aldıqda cəmiyyətdə narazılıq yaradır. Hesab edirəm ki, güclü, savadlı rəhbər istənilən kadrla işləməyi bacarmalıdır. Heç bir halda nöqsansız işləyən, peşəkar kadrı işdən çıxarmaq olmaz. Əgər bir kadr 10-15 il işləyibsə, demək ki, dövlətə sədaqətlə xidmət edib. Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların “başını kəsir”. Nə qədər özünə münasib adam varsa, gətirib yanına yığır. Bu, ümumiyyətlə pis nümunədir.

Bir neçə ay əvvəl iştirak etdiyiniz debatdan sonra məlumatlar yayıldı ki, YAP-dan Sizin debatlarda çıxış etməyinizə qadağa qoyulub” sualına isə deputat belə cavab verib:

“Yox, heç bir məhdudiyyət qoyulmayıb. Düzdür, ondan sonra məni ancaq bir çox müxalif kanallar dəvət ediblər. Amma mən getməmişəm”.

O, bəzi deputat həmkarlarınızın parlament fəaliyyəti ilə yanaşı, özəl biznesinin olduğu barədə mətbuatda yazılanlara da münasibət bildirib:

“Deputatların, dövlət idarəetmə sistemində işləyən məmurların biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Bu, beynəlxalq normadır və normaldır. Məsələn, Donald Tramp ABŞ Prezident seçilənə qədər biznes fəaliyyəti ilə məşğul olurdu. Seçildikdən sonra isə biznesini kiminsə idarəetməsinə verdi. Qanun bunu tələb edir. Deputat da seçildiyi dövrdə biznesdən kənarlaşır. Əgər deputat fəaliyyət göstərdiyi zaman hər hansı maliyyə sənədlərinə imza atırsa, istehlak kreditləri istisna olmaqla, digər kredit müqavilələrini imzalayırsa, təbii ki, bu, qanunsuz fəaliyyətdir. Belə olan halda avtomatik özü istefa verməlidir. Ya biznes, ya deputatlıq. Ona görə mən sənədləri  görmədən, faktları bilmədən kiminsə barəsində fikir söyləmirəm”.

Əvvəlki yazı

Ərdoğanın qohumundan azərbaycanlı biznesmenə zərbə

Sonrakı yazı

İlham Əliyev baş nazirlə görüşdü

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.