Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan prezident Armen Sarkisyana müraciət edərək ölkədə yaranmış vəziyyətdən çıxmaq üçün geniş siyasi müzakirələr təşkil etməyə və, lazım gəldikdə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə təşəbbüskarlıq etməyə çağırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin saytında dərc olunmuş məlumatda bildirilir.
Bundan əvvəl erməni müxalifətinin lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılan danışıqlar ləğv edilib.