Dünyanın ən populyar kriptovalyutası olan bitkoin bahalaşmanı davam etdirib.
Bitkoin bu gün 9 min dollar həddini keçib.
Belə ki, “CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 4,42% bahalaşaraq 9,253 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də artım davam edir. Belə ki, “Ethereum” 7,54% və ya 680,52 dollaradək, “Ripple” 5,92% (0,92 dollara qədər), “Bitcoin Cash” isə 16,29% (1547,12dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 421,63,46 milyard dollar təşkil edir və bunun 37 faizi bitkoinin payına düşür/Trend.