06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazirin iki adamı haqda şok fakt – Foto

02 Oktyabr 2019, 12:12
Seçmə, Sosial
A A
Nazirin iki adamı haqda şok fakt – Foto

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 11 aprel 2018-ci il seçkilərindən dərhal sonra islahatlara başladı və bir sıra nazirliklərdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də korrupsiya halları səbəb göstərilərək dəyişikliklər edildi. Nazir Səlim Müslümov yeni gənc kadr hesab edilən Sahil Babayevlə əvəzləndi. Nazirlikdə baş verən bu dəyişikliklərdən sonra sadə insanlarda bir ümid yaranmışdı ki, daha əvvəlki korrupsiya hallarına son qoyulacaq, pensiya və ünvanlı yardımların təyinatında şəffaflıq yaranacaq. Amma zaman bu ümidlərin puça çıxdığını göstərir.

Nazir təyin edildikdən sonra bir sıra dəyişikliklər edən Sahil Babayev korrupsiya ilə mübarizə aparmalı olan mühüm vəzifələrə bəzi keçmişi qaranlıq olan şəxsləri təyin edəndən sonra bu nazirlikdə nəyinsə dəyişəcəyini gözləmək mənasızdır. Maraqlıdır ki, gənc nazirin ilkin fəaliyyəti sələfi Səlim Müslümovun ilk vaxtlarına bənzəyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı anaxeber.infoya maraqlı məlumatlar daxil olub.Nazir Sahil Babayev hər yerdə fəxrlə saxta əlilliyə qarşı mübarizə apardıqlarını və 1300 nəfər vətəndaşın əlilliyini ləğv etdiklərini bəyan etmişdir. Lakin bildirək ki, “Əlillər klubu” sözün həqiqi mənasında nazirliyin Daxili audit şöbəsində fəaliyyət göstərir. Belə ki, Daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır.
Redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri İsmayılov Eyvaz Firqət oğlu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri, Nazirlik yanında DSMF-nin monitorinq qrupunun rəhbəri
Məmmədov Fikrət Qənimət oğlu ilə bağlı ilginc məlumat daxil olub. Belə ki, ANAXEBER.infoya təqdim olunan sənədlərdə hər iki şəxsin özünə ikinci qrup əlillik pensiyası düzəltdiyi görünür:

Şəxslərə 2-ci qrup əlil olmaları barədə tibbi rəy verilməsi üçün onlar ən azı 6 ay ərzində stasionar müalicədə olmalıdılar,hansı ki,bu müddət ərzində şəxs stasionar müalicədə olduğundan təbii ki,onun hər hansı bir işdə fəaliyyət göstərməsi qeyri mümkündür.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri İsmayılov Eyvaz Firqət oğlu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri və monitorinq qrupunun rəhbəri Məmmədov Fikrət Qənimət oğlu saxta əlillik almaqla həm ən azı bu 6 ay ərzində və eləcə də əlillik təyin olunan vaxtdan saxta əlillik aşkar olunanadək yəni 2019-cu ilin sentyabr ayına kimi büdcənin küllü miqdarda vəsaitini mənimsəyiblər. Amma sözügedən qurumda anoloji hallar bununla bitmir. Belə ki, Anaxeber.infoya daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəli şəxslər olan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaş saxta yolla əlillik əldə etmiş şəxslərdir. Redaksiyamıza Daxili audit şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşları tərəfindən təqdim olunan “Heybət İmanov, Cəmil Kərimov və Rüfət Bəbirov triosu”nun əlilliyi olan şəxslər olduğunu təsdiq edən sənədlərdə bir sıra maraqlı məqamlar əksini tapmışdır.
1. Heybət İmanov: II qrup əlildir. Əlillik sənədinə görə əqli cəhətdən zəif, idrakın enməsi, qabarıq yaddaş pozuntuları olan, görmə qabiliyyəti zəif, psixi pozuntuları olan, adi şəraitdə işləyə bilməyən əmək qabiliyyətsiz şəxsdir. İşin gülməli tərəfi odur ki, bu adam guya alimdir, fəlsəfə elmləri doktorudur. Faciə isə ondan ibarətdir ki, belə bir şəxs idarəetmə orqanlarında səlahiyyətli vəzifə sahibi təyin olunmuşdur.
2. Cəmil Kərimov: II qrup əlildir. Gərginlik stenokardiyası, III dərəcəli kəskin ürək çatışmazlığı, hipertoniya diaqnozu olan əmək qabiliyyətsiz şəxsdir. Bu adam “müfəttiş”dir, guya nöqsanları axtarıb tapır.
3. Rüfət Bəbirov: II qrup əlildir. Hipertoniya II mərhələ, ağır ensofalopatik hal, yüksək risk faktoru ilə stenokardiya, xroniki beyin qan dövranının pozğunluğu diaqnozu ilə əmək qabiliyyəti olmayan şəxsdir.
Kənardan baxıb qiymətləndirdikdə hər üç şəxsin sağlamlıq durumunun ağır olduğu, hətta yataq xəstələri kimi diqqəti cəlb etdikləri açıq-aydın görünməkdədir. Hörmətli nazir Sahil Babayev bu məsələyə ciddi reaksiya verməlidir, əks halda, belə hesab edilə bilər ki, gənc nazir ciddi səlahiyyətli dövlət vəzifələrini icra etmək üçün sağlam adam tapa bilməmişdir.

Əvvəlki yazı

Deputat: “Qazilərin adından siyasi şou yaradılır”

Sonrakı yazı

“Cəmil Həsənli, niyə şər-böhtanla məşğulsunuz?” – Deputat

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.