10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edib – VİDEO+FOTOLAR

01 Oktyabr 2019, 21:05
Cəmiyyət
A A
Qənirə Paşayeva Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edib – VİDEO+FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Daşkənddə “Mukimi adına Dövlət Musiqi teatrı”nda açılış mərasimində iştirak edib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Qənirə Paşayevanın Özbəkistana səfəri çərçivəsində paytaxtın mərkəzində yerləşən Özbəkistan xalqının böyük şairi Əlişir Nəvainin heykəlinin qarşısında gül qoyma mərasimi olmuşdur.

Sonra isə Azərbaycandan gəlmiş nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə birgə“Mukimi adına Dövlət Musiqi teatrı”nda görüş keçirmişdilər. İlk öncə Musiqi teatrıının rəhbərliyi Qənirə Paşayeva ilə görüşmüş, sonra isə özbək dramaturqu Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin əsasında hazırlanmış tamaşaya baxış olmuşdur. Açılış mərasimində iştirak etmiş Mukimi adına Dövlət Musiqi teatrının rəhbəri Mirzə Əzizov çıxış edərək qonaqları salamlayıb, onlara öz ürək sözlərini çatdırmış və sözü çıxış üçün millət vəkili Qənirə Paşayevaya vermişdi. Deputat Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış, bu əlaqələrin qədim tarixi, bugünki vəziyyəti, iki xalq arasındakı tarixi dostluq, xüsusi ilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində Azərbaycan maarifçilərinin Özbəkistana təsirləri haqqında geniş mövzuda çıxış etmişdir. Qənirə Paşayeva öz çıxışında qeyd etmişdir ki, 1916-cı ildə Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycanın tanınmış teatr xadimləri Özbəkistanda dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini səhnəyə qoymuşdurlar. Bu hadisə iki xalqın dostluğunu bir daha da tərənnüm etmişdir. Sovet dövründə Azərbaycan və Özbəkistan arasinda “Mədəniyyət günləri” dekadaları keçirilmişdir. Müstəqillik əldə edildiyindən sonra da iki ölkə arasındakı mədəni əlaqələr uğurla davam etmişdir. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Hər iki qardaş ölkənin beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva bildirdi ki, Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək. Daha sonra, millət vəkili Qənirə

Paşayeva Özbəkistan tərəfinə Azərbaycan suvenirləri və yeni nəşr olunmuş “Azərbaycan-özbək, özbək-Azərbaycan luğəti”ni hədiyyə etmişdir. Açılış mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da çıxış etmişdir. O, iki tərəfli əlaqələrin inkişafında mədəniyyət sahəsinin rolundan danışmış və tamaşaya qoyulacaq Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərini Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilinə də tərcümə olunduğunu bildirmişdir. Mədəniyyətin iki tərəfli əlaqələrində mühüm bir vasitə olduğunu bildirən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son zamanlar çoxsaylı layihələrinin həyata keçirilməsini və qarşılıqlı olaraq teatr sahəsində də gələcəkdə bir sıra əməkdaşlıq layihələrinin həyata keçiriləcəyini bildirmişdir. Sonda Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin təqdimat mərasimi olmuşdur.

Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı keçirilən Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimində iştirak edib və çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkə arasında bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Millət vəkili Q.Paşayeva “Özbəkkino” Milli Agentliyinin rəhbərinə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edib.

Millət vəkili Q.Paşayevanın “Mukimi adına Dövlət Musiqi teatrı”nda açılış mərasimində çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Millət vəkili Q.Paşayevanın Özbəkistanda Azərbaycan kinosu günlərinin açılış mərasimində çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Qənirə Paşayeva Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edib -
Qənirə Paşayeva Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edib -
Qənirə Paşayeva Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edib -
Qənirə Paşayeva Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edib -
Əvvəlki yazı

Hüseyn Abdullayevə və daha 8 nəfərə hökm oxundu

Sonrakı yazı

Xocavəndin işğalından 27 il ötür

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.