Xəbər verdiyimiz kimi, REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib.
Reportyor.info xəbər verir ki, Əməkdar artist Röya Ayxan İnstaqram hesabında tanınmış telejurnalistin bu müraciətini alqışlayıb.
“Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək” – Röya Mirşahinin çıxışını paylaşaraq yazıb.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.