21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fuad Qəhrəmanlının qızı sensasion bəyanat yaydı – atasından reaksiya

19 Sentyabr 2019, 15:02
Gündəm, Manşet
A A
Fuad Qəhrəmanlının qızı sensasion bəyanat yaydı – atasından reaksiya

“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. İçində böyüdüyüm qorxulu bir ailədə böyümək, insanın içinə tarif olunmaz duyğular yükləyir.

Bir də onu bilirəm ki, bu yazıya görə hətta, proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”, çünki, atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb filan”.

Reportyor.info xəbər verir ki, bu sözləri gənc aktivist Selcan Yağmur sosial şəbəkədə yazıb. İnsanların başına gəlmiş təcavüz, qısnama, zorakılıq anlarını paylaşdığı #Mən də (#MeToo) kampaniyasına qoşulan Selcan yazıda atasının onun və anasının başına gətirdiklərini, siyasi lider və aktivistlərin onlara dəstək olmamasını qeyd edib:

“Məncə, Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta, qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındıran, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox.

 Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var. Sadəcə bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağıl almaz və kreativ dozu; anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, “Facebookda mənimlə şəkil yayın” deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası… – bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir.

Bütün bunlar sirr deyil əslində. Qulaqdan dolma nə qədər adam bilir “ailəmizdə” olanları. Anamdan qırx dəfə qolundakı, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik “qapıya dəymişəm” cavabını 3-cü dəfədən artıq eşidəndə mövzunun nə olduğunu anlayıblar.

Hətta, bəziləri direkt mövzunun içində olub. Səadət Cahangir kimiləri və onlar da anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixolojik xəstəyə qədər çıxarıblar.

Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa psixolojik gücümün yetmədiyi o yaranı görəndə “sən də az deyilsən də Zümrüd, dilinə yiyə dur” kimi bir şey dediyini özü də danmaz. Hətta, Əli Kərimli ailə psixoloqluğuna soyunub bu mövzuda!

Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?”.

Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, “az çörəyini verir? Sus otur da”.

Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı sağ yanında saxlayır. Bunu başa düşdüm, kadr yoxdur. Amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”.

Qalan üzvlər də anama necə “yaxşı at özünə qamçı vurdurmaz”ı öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar. Hələ hələ bütün bunları bilən adamlar niyə uşaqlar “Yağmur” soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, “hamı deyir ki, o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır valla.

Uzun sözün qısası, 2009-dan bəri bu cür tükürpərdən bir durumun içindəyik. Hər gün hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər… Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın.

Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, “uşaqları səndən alacam” mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq. Amma bütün bunlardan əvvəl açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm.

Qan bağları primal, heyvani şeylərdir. Başqasında bağışlamayacağım şeyi sırf eyni müqəddəs qana filan sahibik deyə öz atamda bağışlayacaq deyiləm. Bəlkə də “tipik şərq ailəsi” dozundakı zorakılıq, şəxsi travmam olaraq qalardı. Amma bu, fərqlidir.

Hər şey ola bilər, amma ailəsinə şiddət tətbiq edən, qızının dizini sındırıb sonra “anan danışmasaydı, mən belə əsəbi olmazdım” deyə heç bir şəkildə peşmançılıq yaşamayan, hələ ailəsindən kənarda necə iyrənc əməllərə imza atmış bir adamın adı mənim adımın üzərində ola bilməz. “Fuad Qəhrəmanlının qızı” kimi anılmaq istəmirəm, dirəşib məni “Qəhrəmanlı” çağırmalarını da istəmirəm”.

Qeyd edək ki, Selcan Yağmur bir neçə gün əvvəl ali təhsil almaq üçün Niderlanda gedib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun onun haqqında yaydığı sensasion bəyanata cavab verib. F. Qəhrəmanlı sosial şəbəkədə bildirib ki, qızının profili oğurlanıb: “Bildirirəm ki, onun adından nə yazılsa, ona aid deyil”.

 

Əvvəlki yazı

Prokuror “Quska”ya 8 il iş istədi

Sonrakı yazı

Misir Mərdanov: “Nə altımda milyardlar var, nə…” – Video

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.