19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO

18 Sentyabr 2019, 09:11
Cəmiyyət
A A
Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO
İslam tarixi müqəddəs peyğəmbərmizin əshabələrini Aşura öncəsi susuzluğa məhkum edənlərin lənətlənməsini min dörd yüz ildir yaddaşında saxlayır. Suzuzluq insan üçün ən əzablı haldır. Xəzər rayonunun Binə qəsəbəsində sakinlərin uzun müddətdir su ilə sınağa çəkilməsi, susuzluq probleminin əlində girinc qalması da artıq tarixi bir faktdır. Bu yaxınlarda məşhur “youtube” videopaylaşma şəbəkəsində bu məsələ bir daha bütün kəskinliyi ilə ictimaiyyətin diqqətinə çatdırıldı. Və məlum oldu ki, öz müsəlman qardaşlarını susuzluğa düçar edən, əslində, soyadı müqədddəs dinimizin adından götürlən, özü isə islamın ən mühüm ibadətini yerinə yetirmiş bir adammış…
Bu adam – Hacı Gülağa İslamov Bakının qədim-qayım kəndlərinin əksəriyyətini əhatə edən bir rayonunda düz 23 il icra hakimiyyətinin başçısı olub. Onun rayona məxsus geniş torpaq sahələrini öz qohum-əqrabası və dostları arasında necə pay-püşk etməsi, barmaq basmağa yer qoymaması barədə söz-söhbətlər hələ səngiməyib. Özü, axır ki, yetmiş yaşında xətir-hörmətlə vəzifəsinidən azad edilib, istirahətə göndərilsə də, oğlu İlham İslamovun Şüvəlan bələdiyyəsindəki kürsüsü çox möhkəmdir… On beş ildir bələdiyyə torpaqlarını belədən-belə fırladır, gözünün üstündə qaş olduğunu da heç kim ona xatırlada bilmir.
Gənc bələdəiyyə sədrinin gələcək “arzuları” barədə mediada dolaşan ehtimallara toxunmadan keçək su məsələsinə…
“Xəzər rayonunun Binə qəsəbəsində susuzluğa etiraz edirlər. Onlar illərdir suyu evlərinə vedrələr və maşınlarla gətirirlər. Çarəsiz qalan sakinlər hətta yaxınlıqdakı heyvan sulamaq üçün nəzərdə tutulan kanaldan su gətirirlər”. “Youtube”nin faş elədiyi son durum belədir.
Yaşlı bir qadın – Cəmilə Ağaxanova 15-16 ildir Binədə yaşadığını, burda su görmədiyini bildirərək deyir: “Suya həsrətik, su tapa bilmirik. Bir köhnə maşınla su gətirirlər, üç gündən bir. Maşın da tez-tez xarab olur, qalırıq susuz… Belə yaşayış olmaz. Biz ta qırılırıq”. Su daşımqdan qollarının damarları partlayan bu qadınının vəziyyəti çox acınacaqlıdır.
Birinci qrpup əlil olan başqa bir sakin isə dövlətdən hər ay aldığı 300 manat müavinətin 60 manatını suya verdiyini bildirir. “Qazın, işığın da pulunu üstə gəl, ailəni saxlamaq çox çətinləşir”, – deyir. 10 ildir Binədə yaşayan əlil burada yolların da bərbad olduğun söyləyir, onlara göstərilən biganəlikdən narazılıq edir.

Yerli sakin Eldəniz Səfərov: “Boğazımızdan kəsib, suya veririk. Vedrə ilə daşıyırıq. Camaat açıq kanaldan su götürmək məcburiyyətindədir”. İkinci qrup əlil olan bu şəxs bir müddət əvvəl atasının hüzr mərasimi üçün suya 100 manat verdiyini, bunun dözülməz vəziyyət olduğunu bildirir.
Yaxınlıqdan keçən prospektin abadlaşdırıldığını, oradakı yaşıllığa hər səhər və axşam su verildiyini qeyd edən sakinlərdən biri “görünür, biz insanların bir ot qədər dəyəri yoxdur”, – deyir. Bu adam 10 ildir Binədə yaşaylr, Xəzər rayon icra hakimiyyətinin əvvəlki başçısı Gülağa İslamovu bir dəfə də olsun bu ərazidə görməyib. Təzə icra başçısından isə, heç olmasa, təsəlli gözləyir sakinlər. “Yəqin bir 15 il də bu işləyər, buralara ayaq basmamış çıxıb gedər”
Bu videosüjetə yazılan rəylərə diqqət yetirsəniz görəcəksiniz ki, Hacı Gülağa İslamov kimi məmurların öz vəzifəsini yerinə yetirməməsi sadə vətəndaşları dövlətdən necə narazı salır. Öz işini vaxtında görməyən, yaranan probelmi aradan qaldırmayan, vəzifə səlahiyyətlərindən yalnız öz şəxsi mənafeyi üçün istifadə edən məmur qalır bir tərəfdə, hamı dövləti, hökuməti söyüb yamanlayır.
Xəzər rayonunun kənd və qəsəbələrində illər boyu yığılıb qalan problemlər Hacı Gülağanın “vətənə necə xidmət etdiyini” göstərir. Belə şəxsləri mükafatlandırmaq yox, cəzalandırmaq lazımdır. Vəzifədə olduğu müddətdə özünün yarıtmaz fəaliyyətini ört-basdır etməyə, gözdən pərdə asmaqla dövləti də, dövlət rəhbərliyini də aldatmağa nail olmaq bəlkə də mümkündür. Amma uca tanrının ədalətindən yayınmaq hələ heç kəsə müəyəssər olmayıb.
Adamları susuzluğa düçar etməyin cəzası qaçılmazdır, Hacı!
Teref.az
Əvvəlki yazı

Prezident İlham Əliyev gürcü naziri qəbul edib –Müzakirə + FOTO

Sonrakı yazı

Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.