03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Əcnəbi ilə evlənəndə qəbiləlikdən çıxırsan” – Aysel

13 Sentyabr 2019, 11:12
Seçmə, Sosial
A A
“Əcnəbi ilə evlənəndə qəbiləlikdən çıxırsan” – Aysel

Son vaxtlar əcnəbilərlə ailə quran azərbaycanlı qadınların sayı çoxalıb. Statistik göstəricilərə görə, 2019-cu ilin altı ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1013 nikah bağlanıb.

Əcnəbilərlərlə ailə quranların 544 nəfəri azərbaycanlı qadınlardır. Daha çox isə Türkiyə, Rusiya və Gürcüstan vətəndaşları ilə evlənməyə üstünlük verilir.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, azərbaycanlı qadınlar yaşadıqları mühitdən azad olmaq və iqtisadi durumlarını düzəltmək üçün xaricilərlə ailə qurmağa üstünlük verir: “Bizim qadınlar əcnəbilərin ailəyə sadiq və  iqtisadi baxımdan üstün olduqlarını düşündükləri üçün bu addımı atırlar. Həmçinin bəzi qadınlar yaşadıqları mühitdən qaçmaq üçün xarici vətəndaşla nikaha girir. Hesab edirlər ki, ölkəmizdə istədikləri azadlıq yoxdur. Belə ki, ənənələr, davranışlar və müəyyən qanunlar onların azad olmasına şərait yaratmır.

 

 

Bu səbəbdən də başqa ölkədə daha sərbəst olacaqlarını düşünürlər. Həmçinin, ikinci dəfə ailə qura bilməyən və uşaq vaxtı zorlananlar da əcnəbilərə üstünlük verir. Ümumiyyətlə, xarici vətəndaşla ailə quran qadınlar psixoloji öyrəşmə prosesini keçdikdən sonra boşanma halları olmur. Ailə sabit qalır. Hər zaman əcnəbi kişilərin zorakılığa meyli olmadığı deyilir. Amma bir çox ölkələrdə zorakılıq halları bizdən çoxdur. Əcnəbilərin öz qaydaları, davranış və ailə modeli var. Ona görə də bizim qadınlar ölkələrin qanunlarını bilmədikləri üçün xeyli çətinlik çəkirlər”.

Amma bütün hallarda, yenə də müəyyən məqamlar nəzərə alınmalıdır. Əcnəbi ilə ailə həyatı qurmaq – dəyərləri, mədəniyyətləri, düşüncə tərzləri fərqli olan insanların izdivacıdır.

Psixoloq Fərqanə Mehmanqızı “Yeni Müsavat”a bildirdi ki, əvvəllər azərbaycanlı kişilər əcnəbi qadınlarla ailə qururdular: “Hətta bu, tendensiyaya çevrilmişdi. Elə bir nəsil yoxuydu ki, orada əcnəbi gəlin olmasın. Yəni əvvəldən bu ənənə olub, xarici gəlin bizim cəmiyyətdə qəbul olunub. İndi isə azərbaycanlı qızların əcnəbi vətəndaşla ailə qurması halları çoxalıb. Lakin bu məsələdə səbəb olaraq bir ana xətt yoxdur, müxtəlif amillər göstərmək olar. Mən düşünürəm ki, ilk növbədə əcnəbi ilə ailə qurmaq istəyənlərin çoxu buna ölkədən getməyin çıxış yolu kimi baxırlar.  Hərçənd ki, Azərbaycandan belə getməyi qəbul eləmirəm. Sadəcə, psixoloji uyğunluq varsa, xarici ilə ailə qurmaqda problem görmürəm”.

F.Mehmanqızı hesab edir ki, azərbaycanlı kişilərdə qadınına sahiblənmək damarı daha güclüdür: “Heç bir xarici kişidə bu cür möhkəm xüsusiyyət yoxdur. O baxımdan mən bizim kişiləri üstün tuturam. Əgər azərbaycanlı qızlar bizimkilərin qısqanclığını səbəb göstərirsə, şizofrenik dərəcədə qısqanclıq xaricilərdə də var. Məsələn, türklərdə qısqanclıq daha çoxdur.

Biz hər gün onların telekanallarından görürük ki, nə qədər ailədaxili qətllər, cinayətlər baş verir. Amma azərbaycanlı qızlar türklərə də ərə gedirlər”.

Psixoloq Azad İsazadə isə deyir ki, hər bir proses müxtəlif amillərin təsiri altında formalaşır. Onun sözlərinə görə, bu amillərin hamısını birləşdirsək, sərhədlərin açılmasını xüsusi qeyd etməliyik: “İnsanların başqa ölkələrə gedi-gəlmək, yaşayış fərqlərini müqayisə etmək imkanları genişlənib. Amma bəziləri var, pasient kimi mənə də müraciət edənlər olub, onlar deyirlər ki, ömrümdə heç türkə? yaxud iranlıya ərə getmərəm.  Bu məsələdə kimin nə istədiyinə baxmaq lazımdır. Seçim olan yerdə əcnəbi ilə ailə qurmaq prosesi genişlənir. Vaxtilə seçim yox idi, əcnəbi az idi. Azərbaycanlı ilə evlənmək istəməyən ən yaxşı halda rus, erməni, yəhudi və uzaqbaşı ukraynalı ilə ailə qura bilirdi. Ancaq onda da din faktoru önə çıxırdı, onlar xaçpərəstdirlər, çoxu qəbul eləmirdi. İndi dini mənsubiyyətə baxılmır, hamı ilə ailə qura bilərik. Bu məsələdə din prinsipial rol oynamır”.

A.İsazadənin fikrincə, iqtisadi faktorlar da var: “İnsan gedir, görür, xoşuna gəlir. Amma ora köçəndən sonra problemlərlə qarşılaşır. Bir var ki, turist kimi gedəsən, ölkə xoşuna gəlsin, bir də köçüb yaşamaq, fərqi var.

Məsələn, iqtisadi və siyasi miqrantlar problemlərlə qarşılaşırlar. Lakin çoxları razılaşır ki, maaş yaxşıdır, mühit normaldır, insana qiymət verilir”.

Yazıçı Aysel Əlizadə azərbaycanlı kişinin də, qadının da əcnəbi ilə nikaha girməsinə müsbət baxır. Onun fikrincə, bu halda genetika inkişaf edir: “Tibb elmi də təsdiqləyir ki, ayrı-ayrı genefondların törəməsi sağlam, gözəl, şaxəli olur. Azərbaycanda əvvəllər qohum evliliyi ənənəvi idi, yaxşı ki, getdikcə azalır. Çünki nəticəsi mənfi olur. Əgər irsdə xəstəlik varsa, qohumlar evlənəndə bu xəstəlik övlada ikiqat ötürülür. Hətta birində olmasa da, növbəti nəsildə baş verir. İnkişaf etmiş cəmiyyətlərdə isə qarışıqlıq çoxdur. Polyakla bir yəhudi, almanla bir holland evlənir, sağlam övladlar doğulur”.

A.Əlizadənin fikrincə, əcnəbi ilə evlənmək həm də beyin hadisəsidir: “Onların uşaqlarının qurduqları cəmiyyət proqressiv olur. Amma türklə evliliyə xarici ilə ailə qurmaq kimi baxmıram, çünki eyni soyuq. Hər halda, ayrı coğrafiyadır və müsbət nəticə verir”.

Yazar xanımın sözlərinə görə, əcnəbi ilə ailə qurmaq hallarının çoxalma səbəbləri müxtəlifdir: “Bir xalq başqa xalqdan heç nə fərqlənmir. Sadəcə, dil, mədəniyyət, məişət fərqlənə bilər. Mən həmişə başqa xalqla qarışmağın tərəfdarı olmuşam və bu haqda romanımda yazmışam.

Çünki belə nikahlar zamanı mədəniyyətimiz yayılır, sağlam uşaqlar olur, qəbiləlikdən çıxırsan, bəşəri olursan. Bir şərtlə, dilini, kimliyini itirməyəsən.

Təbii ki, belə evliliklərdə sosial və mental səbəblər istisna deyil. Amma qadınımız azadlığa çıxması üçün deyil, dünyəvi ailə qurmaq üçün bu addım atsa daha yaxşı olar”.

Onu da deyək ki, İslam dini müsəlman kişilərin xristian və yəhudi qadınların ismətli, iffətli və namuslu olanları ilə evlənməyə icazə verir, digər kafirlərlə isə (ateist, bütpərəst və s.) evlənmək qadağandır.

“Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli, iffətli, özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə evlənmək üçün sizə halaldır…”. (əl-Maidə, 5)

 

Əvvəlki yazı

Erməni hərbçi intihar etdi

Sonrakı yazı

Eldar Namazov: “Xarici təhlükələri qulaqardına vurmaq olmaz”

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.