23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qadınlar yoxsa kişilər daha çox qayda pozur? (AÇIQLAMA)

07 Sentyabr 2019, 22:30
Cəmiyyət
A A
Qadınlar yoxsa kişilər daha çox qayda pozur? (AÇIQLAMA)
Hazırda sürücülər arasında xanımların daha çox qaydanı pozduqları ilə bağlı iddialar dolaşır. Bəzi sürücülər bunu xanımların zərifliyi ilə əlaqələndirsə də, xanımların daha az qayda pozduğunu, diqqətli sürdüklərini söyləyənlər də az deyil.
Yeniavaz.com mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla danışıb. O, bildirib ki, belə bir müqayisəni aparmaq olduqca çətdindir.
Onun sözlərinə görə, 1 milyon 400 minə yaxın sürücüdən yalnız 40 mini xanım sürücülərdir: “Qeyd edim ki, təxminən hər 100 protokoldan yalnız 1-i qadınlara yazılır. Sükan arxasında hər kəsin peşəkarlığı olmalıdır. Peşəkarlıq 1-2 ilə əldə edilən bir şey deyil. İşin digər tərəfi də, peşəkarlıq bəzən vaxtla asılı olmaya bilir. Bəzi sürücülər qadınların daha zəif sürdüyünü desə də, mən bununla razı deyiləm. Xanımlar arasında intizamlı, bütün qaydalara riayət edərək sürənlər də az deyil”.
Vaqif Əsədov bildirib ki, xanımlar kişi sürücülərlə müqayisədə təhlükəsizlik kəmərindən daim istifadə edirlər. Ancaq, bəylərə təhlükəsizlik kəmərinə görə, çox sayda protokollar yazılıb. Qadınlara isə daha çox mobil telefondan istifadəyə görə, cərimə tətbiq edilir: “Qadınlar arasında ən çox qayda pozuntusu güzgüyə baxmaq, ya da mobil telefonla danışmaqdır. Tərtib edilən protokolları təhlil edəndə hər 100-300 sürücüdən yalnız birində xanım sürücünün qayda pozduğu ilə rastlaşırıq. Xanım sürücülər arasında ən çox pozulan yol hərəkəti qaydasından biri isə manevr qaydalarının pozulmasıdır”.
Vaqif Əsədov xanım sürücülərin bəzi şikayətlərindən də danışıb: “Burada qeyd etmək istəyirəm ki, xanımlar bizə kişi sürücülərin onlara mane olduqlarını şikayət edirlər. Kişi sürücülərin bəzi hallarda yol vermədiyi halları ilə rastlaşırıq. Görürlər ki, sükan arxasında qadın sürücü var, kişi sürücülər çox sərt şəkildə sürməyə başlayırlar.
DYP rəsmisi, xanımların yollarda olduqca diqqətli davrandıqlarını söyləyib. Sürücülükdə peşəkarlığın əsas olduğunu bildirən Vaqif Əsədov deyib ki, bu peşənin öhtəsindən hər kəs eyni şəkildə gələ bilməz:  “Bəzi kişi sürücülər özündən razılıq edib, sərt şəkildə sürərək qəzalara səbəb olurlar. Belə sürücülər xanımların ehtiyatlı sürməsinə zəiflik deyirlər, ancaq elə deyil. Ola bilər kişi sürücülər xanımlara nisbətən daha çevik sürsünlər ancaq, qabiliyyət, diqqətli olmaq, peşəkarlıq sürücülükdə əsasdır. Elə qadınlar var bir neçə aydır maşın sürməyə başlayıb, ancaq o qədər professional sürür ki, heç bir qaydanı pozmur. Mənim 55 yaşım var, 37 ildir maşın sürürəm. Ona görə, bir çox hadisələrin şahidi olmuşam, araşdırma da aparmışam. Mən sürücülərin kateqoriyalara bölünməsinin tərəfdarı deyiləm. Kişi və ya qadın fərqi yoxdur, hər kəs sürücüdür. Qadınlar öz xüsusiyyətlərinə görə, ehtiyatlı, yavaş sürür, kişilər də öz xüsusiyyətlərinə görə, nisbətən çevik və sərt idarə edirlər. Ona görə, hər iki tərəf bir-birinə qarşı sürücülük barədə ziddiyətli fikirlər söyləyə bilirlər. Son olaraq bütün sürücülərdən xahiş edirəm ki, bir-birimizi müzakirə etməyək, hər kəs öz işi ilə məşğul olsun. Sükan arxasında kim olduğundan asılı olmayaraq hamı sürücüdür”.

 

Əvvəlki yazı

Daha iki keçmiş nazir Siyavuş Novruzovun ittihamlarından danışdı: “Təxribat yaymayın”

Sonrakı yazı

Azərbaycanda ölənlərin sayı artır- İlk beşlikdəki şəhərlər

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.