09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

FİT ÇALAN NAZİR… – 15 ildir xarici siyasətimizə də fit çaldırır! (VİDEO)

01 Sentyabr 2019, 01:42
Manşet
A A
FİT ÇALAN NAZİR… – 15 ildir xarici siyasətimizə də fit çaldırır! (VİDEO)

Aşağıdakı videoda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda oğlu Riyadın toyunda rəqs etməsi əks olunub. Diqqətlə baxsanız görərsiniz ki, videonun 55-ci saniyəsində hörmətli nazirimiz iki barmağını cütləyib ağzına basaraq fit də çalır…

İnsafən, özünə görə pis də oynamır. Kaş heç olmasa elə oynadığı kimi də olsa danışa biləydi, xüsusilə də bəyənib öyrənmək belə istəmədiyi öz dilimizdə…

Kimsə deyə bilər ki, insanlıq halıdır, kişinin övladının toyudur, sevinir, əylənir və sair. Olsun! Amma hansı məclisdə, hansı toplantıda, tədbirdə olmasından asılı olmayaraq, istənilən insanın davranışı onun sambalından, çəkisindən, dünyagörüşündən və ətrafdakılara münasibətindən, baxışından xəbər verir. Belə hərəkətləri daha çox Rusiya XİN-in hansı yolun yolçusu olduğu bəlli olan Mariya Zaxarovanın ifasında görmək mümkündür ki, ona da hətta Rusiya kimi cəmiyyətdə belə, ikrah hissilə yanaşırlar…

Bu adam Azərbaycanın xarici işlər naziridir və protokola görə, ölkə rəhbərliyini təmsil edən ilk beşliyə daxildir, olduqca ciddi və məsuliyyətli, strateji əhəmiyyətli bir vəzifədədir. Deməli davranışları da ən azından daşıdığı posta uyğun olmalıdır. Bir qədər mühafizəkar baxış kimi görünə bilər, amma hər halda bu adam vaxtilə həmin vəzifəni daşımış Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Məmmədhəsən Hacınski kimi kişilərin, şəxsiyyətlərin varisi sayılır. İndi həmin rəhmətliklər bu mənzərəni, öz xələflərinin hoppanıb-düşüb, küçədə quş uçurdan quşbazlar kimi fit çaldığını, yaxud da nazirliyin strukturlarının, səfirliklərin kimlərlə doldurulduğunu, nə işlə məşğul olduqlarını görsəydilər, bəlkə də çəkdikləri zəhmətlərə, göstərdikləri fədakarlıqlara görə peşiman olardılar…

Paşinyan Şuşaya, Kəlbəcərə gəlib hoqqa çıxarmaq, yallı gedib, şıllaq atmaq, bununla da olan-qalan qürur damarımızı tapdalamaq üçün bəhanə axtarır. Bizimkilər isə övladlarına Nyu-Yorkda, yaxud hansısa Avropa ölkəsində, ya da Bakıdakı elə özlərinə məxsus ən bahalı saraylarda toy edirlər. Və əslində, erməni baş nazirin bu hərəkətləri hər bir sıravi azərbaycanlıdan daha çox elə Məmmədyarova təsir etməlidir – bu, həm də onun şəxsən 15 ildir iştirak etdiyi və 25 ildir davam edən danışıqların yaratdığı mənzərədir. İndi həm də onun sayəsində Azərbaycanın xarici siyasəti elə Məmmədyarovun özü kimi fit çalır!

Hər halda, Azərbaycanın heç olmasa gözümüzə tutmaq üçün işğaldan azad etdiyi bir Cocuq Mərcanlısı var. Olmazdımı ki, həmin bizim bu şanlı nazir Nyu-Yorkda yox, elə xeyli vaxt AzTV-nin ekranlarından düşməyən Cocuq Mərcanlıda oğluna simvolik də olsa bir toy edəydi. Bu, Paşinyanın yallısına, şıllağına pis-yaxşı cavab olmazdımı? Buranın cəbhə bölgəsi olmasında da qorxulu bir şey yoxdur. Çünki ermənilər ən azından uzun illərdir qulağına laylalar çaldıqları və onları tam təmin edən birisinin məclisinə şuluq salmazdılar. Hətta əlacları olsa, özləri də gəlib iştirak edərdilər, nəmər də yazdırardılar!…

Xeyr, nazir cəbhə bölgəsində toy etməkdən qorxmur, sadəcə onun bu münaqişəyə baxış açısı, şəxsi keyfiyyətləri, tipi və nəhayət, ruhu belə şeyləri ağlının ucundan belə keçirəcək bir durumda deyil…

Ümumiyyətlə, vətənpərvərlikdən, dövlətçilikdən, sədaqətdən dəm vuran nazirlərin və iri məmurların övladlarının toy məclislərini cəbhə bölgələrində keçirməyə vadar etmək pis olmazdı. Bu, onlar üçün ən ağır cəzalardan biri olsa da belə…

Acı reallıq onu deməyə əsas verir ki, vətənə hər hansı xidmətini eşitmədiyimiz övladlarını çoxdan Azərbaycandan uzaqlaşdıran bir nazirə elə Nyu-Yorkda toy etmək yaraşar. Ancaq orda da nahaq “Azəri torpağının hamımız övladıyıq…” tipli mahnıya oynayırlar. Bəyə də əziyyət verirlər. O yazıq da Müsyo Jordan kimi hərəkətlər edərək, nə qədər çalışsa da özü üçün yad olan bu havaya uyğunlaşa bilmir. Bilməyəcək də… Axı müsyo jordanlar hara, Azəri övladı olmaq hara…

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

Məşhur müğənninin 5 milyonluq “Mercedes”ləri – FOTO

Sonrakı yazı

Azərbaycanda generalın qohumu qətlə yetirildi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.