25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Böyük zəfər yürüşü uzaqda deyil” – Əli Həsənov

30 Avqust 2019, 13:07
Seçmə
A A
“Böyük zəfər yürüşü uzaqda deyil” – Əli Həsənov

Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm.

Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib: “30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir. I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan “Böyük Taarruz” (“Böyük Hücum”) belə bir zəfəri təmin etdi.

Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək vətən naminə səfərbər etmə əzminin nümayişi idi.

30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin yeni – respublika mərhələsi başlanmışdır.

Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi illərində də- Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər.

Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.

Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk.

Şanlı ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni – işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.

İnanıram ki, müzəffər Türk ordusunun 30 avqust 1922-ci ildə “Böyük hücumu” zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!”.

Əvvəlki yazı

Deputat: “Başsağlığı qadağan edilsə, necə maaş verək?”

Sonrakı yazı

“Paşinyan çox çətin vəziyyətə düşdü” – Brayza

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.