04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Paşinyan hüquqi baxımdan savadsızdır” – XİN

28 Avqust 2019, 16:08
Siyasət, Seçmə
A A
“Paşinyan hüquqi baxımdan savadsızdır” –  XİN

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur. Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

“Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdir, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.

İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedura yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.

Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərlərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.

Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki, bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır.

Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər”, -XİN rəsmisi vurğulayıb.

Əvvəlki yazı

Arvadı Rəşad Dağlını boşayır

Sonrakı yazı

“Ölüb, ölüb də…” – Deputat

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.