11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aydın Mirzəzadə: “Türkiyədəki YAP-ın iqtidara gəlməsini…”

28 Avqust 2019, 10:55
Dünya, Seçmə
A A
Aydın Mirzəzadə: “Türkiyədəki YAP-ın iqtidara gəlməsini…”

Türkiyədə Əhməd Davudoğlu və Əli Babacanın partiya quracağı ilə bağlı müzakirələrin davam etdiyi bir zamanda Patent və Marka İdarəsinə yeni partiya ilə bağlı müraciət daxil olub.

Müraciəti edilən partiyaya “Yaşam ve Adalet Partisi” (YAP) adı verilib. Türkiyə mətbuatı bu partiyanın məhz Davudoğlu və Babacan tərəfindən qurulduğunu yazır. Davudoğlunun yeni partiyanın binasını da müəyyənləşdirdiyi bildirilir.

Nəticə etibarilə, Gül-Babacan-Davudoğlu əməliyyatı ilə AKP-dən 2% səs qoparmaq istəyirlər. Gül-Babacan-Davudoğlu-Qılıncdaroğlu-Akşenər-Dəmirtaş-Qaramollaoğlu ittifaqı ilə gələcək prezident seçkilərində Ərdoğanın önünü kəsərək, Türkiyəni təkrar “Atlantik yolçusu” halına gətirmək, ona yenidən “NATO kəməndi” atmaq niyyətindədirlər.

“Yeganə çatışmazlığımız mühafizəkar dindarlardan dəstək ala bilməməyimizdir. Çünki Ərdoğan dindarlarla bizim aramıza böyük bir divar çəkib”.

Bunu İyi Partiyanın başqanı Meral Akşener deyib. Partiya başqanı sabiq nazirlər Ali Babacan və Əhməd Davudoğlunun yeni siyasi partiya quruculuğundan danışıb: “Babacan və Davudoğlunun partiyası vasitəsilə Ərdoğanın qurduğu bu divarı aşaraq, asanlıqla inanclı kəsimin dəstəyini təmin edə biləcəyik. Çünki kimsə onlarla bizim aramıza divar qura bilməz. Babacan bizim üçün bu dəstəyi təmin edəcək ki, bu da bizim üçün çox önəmlidir”.

Meral Akşener Babacan və Davudoğlunun siyasi partiyasının müxalifətlə işbirliyinə də toxunub:

“İndi bizə Ali Babacan və Əhməd Davudoğlunun quracağı partiya da qatılacaq. Bir tərəfdə Babacan, Davudoğlu, SP, İyi Partiya və CHP, qarşılarında isə MHP və AKP olacaq. Əminəm ki, bunu Ərdoğan da görür”.

“Türkiyədə gedən siyasi proseslər bu ölkənin daxili məsələləridir. Hesab edirəm ki, xarici ekspertlərin oradakı hadisələrə qiymət verməsi düzgün deyil”.

Bu sözləri “Yeni Müsavat”a deputat, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Türkiyədə yeni yaradılan Yaşam və Ədalət  Partiyasının perspektivləri haqda danışarkən bildirdi.

Onun sözlərinə görə, Türkiyə demokratik ənənələri, seçki təcrübəsi və zəngin dövlətçiliyi olan ölkədir: “Siyasi həyatda baş verənlər Türkiyənin inkişafına yönəlikdir və yeni yaradılan partiyanın hansı nəticələr verəcəyi onların daxili işidir”.

A.Mirzəzadə Türkiyədəki YAP-ın adının Azərbaycandakı hakim partiya ilə abreviaturada eynilik təşkil etməsi barədə də danışdı. O bildirdi ki, Türkiyə YAP-ının iqtidara gəlməsini seçki müəyyən edəcək: “Biz proqnoz verə bilmərik və ancaq Türkiyə seçicisi, türk cəmiyyəti qərar verəcək”.

Deputat Fərəc Quliyevin sözlərinə görə, partiyanın təsisçiləri olan Əli Babacan, Əhməd Davudoğlu, Abdulla Gül Türkiyə siyasətində kifayət qədər ciddi personalardır.

Onun fikrincə, cəmiyyətdə çəkisi, sanbalı və hörməti olan iqtidarın keçmiş nümayəndələri elektorata malikdirlər.

F.Quliyev güman edir ki, sürprizlər ola bilər: “Türkiyə siyasiləşmiş bir cəmiyyətdir və adını çəkdikləriniz köhnə komandada olublar. Bu gün yeni qurulan partiyanın bəyan elədiyi nizamnamə ilə tanışlıqla fikir söyləmək olmaz. Biz onların nə istədiklərini, nəyi dəyişmək hədəfləri olduğunu bilməliyik. Hər bir halda Türkiyə siyasətində ciddi bir toparlanmadır”.

Deputat qardaş ölkənin daxili işlərinə qarışmaq niyyətində olmadığını, bununla belə, türk xalqının iradəsinin son sözü deyəcəyini düşünür: “Biz onlara uğurlar arzulayırıq və türk xalqı kimi seçəcəksə, qərarına hörmətlə yanaşacağıq”.

F.Quliyev bu partiyanın 2023 seçkisini qarşısına hədəf qoyduğu və Qərbdən dəstək alacağı, indiki iqtidarı hakimiyyətdən yola salacağı barədə iddialara belə münasibət sərgilədi: “Türkiyədə güclü partiyalar var. Onlardan biri İYİ partiyadır. Eyni zamanda bələdiyyə seçkilərində CHP iri  şəhərlərdə qalib gəldi. Bu faktorlar da gözdən kənar qoyula bilməz. Amma hakimiyyət də boş oturmayacaq, səhvlərini düzəltməyə çalışacaq. Yəni onlar üçün hər şeyin hamar olacağını demək olmaz”.

“Yeni partiya qurmaq iddiasında olan keçmiş baş nazir Əhməd Davudoğlu uğur qazanmayacaq”. Bu sözləri Davudoğlunun sabiq müşaviri Atılgan Bayar deyib.

“Davudoğlu və komandasının uğurlu və funksional ola biləcəyi tək məkan CHP-dir. Ya CHP-yə qoşulsunlar, ya da siyasi iddialarından imtina etsinlər. ”Davudoğlu hərəkatı”ndan yeni siyasi cərəyan gözləmək mənasızdır. Yeni siyasi hərəkat yaradacaq potensial yoxdur bu komandada…” – deyə Bayar bildirib.

Əvvəlki yazı

Milyarder Məmişovun qarajında dünya məşhurlarının 200-ə yaxın maşını “yatır”…

Sonrakı yazı

Asim Mollazadə: “İnanmıram ki, onların bizə qarşı planı var”

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.