08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bərdədə məhkəmə sədrindən Mehriban Əliyevaya – Şikayət

27 Avqust 2019, 11:00
Seçmə
A A
Bərdədə məhkəmə sədrindən Mehriban Əliyevaya – Şikayət

Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində başladığı geniş islahatlar deyəsən Bərdə rayonuna çatmayıb. Ədliyyə nazirinin və dövlət başçısının cəzalandırdığı hakimlər də bəzilərinə “gözü çıxmış qardaş” nümunəsi olmayıblar.

Femidanı ayaqlar altına alan, onu məsum bir qadın kimi zorlayan, qanunların aliliyini əlilliyə çevirən, şikəst edən bəzi məhkəmə hakimlərinin, sədrlərinin acgözlüyü, tamahı aman vermir ki, hətta bu ölkədə Çernobıl əlilləri öz haqlarına sahiblənsinlər.

Məhkəmələrdə qanunsuzluğun, Xudayar bəyliyin, qolçomaqlığın əndazəsi o həddi aşıb ki, artıq bəzi hakimlər üçün Çernobıl əlilinin taleyi də maraqlı deyil.

Çünki hakim mantiyası geyinən bəzi “şahın qanunçuları” üçün heç vaxt qanun şah olmayıb. Elə buna görədir ki, Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev, Allah qoymasa əlbir olub bir iş adamı ilə Çernobıl əlilinin torpağını yağmalayır. Buna XXI əsrdə, qloballaşan dünyada nə ad vermək olar? – biz söz tapmadıq…

Anaxeber.info yazır ki, II qrup Çernobıl əlili olan Əhmədov Şahin Əli oğlu üzləşdiyi bu haqsızlıqla əlaqədar ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etməyə məcbur qalıb. Ona görə ki Çernobıl əlili ali tribuna olan məhkəmədə öz hüquqlarını müdafiə edə, haqqını bərpa eləyə bilmir.

Onun sözlərinə görə, Bərdə Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev Allahını, imanını itirərək onun halal torpaq sahəsini əlindən alıb iş adamı, rayonda biznes kəhkəşanı olan İkram Ziyadov adlı şəxsə peşkəş eləyir. Məhkəmənin sədri qanunları da, soyadının mənasını da kənara qoyaraq, öz maraqlarını güdür.

Çernobıl əlili Mehriban xanım Əliyevaya müraciətində qeyd edir ki, onun Bərdənin Babək və Bakı küçələrinin kəşişməsində 77.5 kvadratmetrlik torpaq sahəsi var. Bir müddət qabaq Bərdədə xeyli obyektlərə sahib olan iş adamı İkram Ziyadov torpaq sahəsini ələ keçirmək üçün fəaliyyətə başlayıb.

“Yaşımın bu vaxtında mən Bərdə rayonunda kirayədə yaşayıram. Bu torpaq sahəsini də satıb ailəmə kiçik bir mənzil almaq istəyirdim. Fikirləşirdim ki, həyatımın yerdə qalan hissəsini heç olmasa kirayələrdə sürünməyim. Axı mənim də haqqımdır ki, bu ölkədə şəxsi mənzilim olsun.

İkram Ziyadovun evlərinin, əmlaklarının sayı-hesabı yoxdur, gəlib 77 kvadratlıq yerimə göz dikib. Məhkəmənin sədri də ona qahmar çıxır. Axı mən Çernobıl əliliyəm, yaşlı adamam, heç olmasa bunu nəzərə alın. Bu boyda Bərdədə sizə yer qəhətdir ki, gəlib o torpağıma girirsiniz?

Məhkəmə sədri qanunları tapdalayaraq, heç bir əsası olmadan İkram Ziyadovun xeyrinə qərarlar çıxarır. Bu adam mənimlə razılaşmayıb Bərdə Rayon Məhkəməsini ələ alıb.

Məhkəmənin sədri Məhərrəm Allahverdiyevlə “anlaşan” bu iş adamı həmin torpağın mənə aid olması haqqında dövlət sənədinin ləğv edilməsinə nail oldu, sədr də “qərar” çıxardı.  Görün nə dərəcədə gözlərini hər şey tutub ki, əlilin torpağını əlindən alırlar. Bu, qanuna tüpürməkdir, dövləti saymamaqdır, vətəndaşı hakimiyyətindən narazı salmaqdır.

Prezidentin köçkünə, şəhid ailəsinə, əlillərə, qazilərə qayğısı var, dövlət onların ehtiyaclarını qarşılamağa çalışır. Amma İkram Ziyadovla məhkəmə sədri Məhərrəm Allahverdiyev prezident İlham Əliyevin siyasi kursunun əleyhinə gedərək insanları narazı salan qanunsuzluğa yol verirlər”,-deyə Çernobıl əlili Şahin Əhmədov I vitse-prezident M.Əliyevaya müraciətində vurğulayır.

Onun sözlərinə görə, İkram Ziyadovun Bərdə rayonunda iki yanacaqdoldurma məntəqəsi, pendir sexi, hektarlarla torpaq sahələri, bir neçə obyekti var: “Amma belə görünür ki, bütün bunlar İkram Ziyadovu qane etmir və II qrup Çernobıl əlilinin xırda torpaq sahəsinə də göz dikib. Hörmətli Mehriban xanım!
İndiki durumda ailəmizin son ümid yeri Sizsiniz. Bu məsələnin haqq- ədalətlə həll olunması üçün Sizdən kömək istəyirik.
Çünki haqqımı hüquqi müstəvidə bərpa edə bilmirəm, məhkəmə sədri əlili yox, biznesmeni müdafiə edir, ona arxa-dayaq olur, qanunlara istinad etmir. Bu halda yeganə pənah yerim Sizsiniz.
Əminəm ki, müraciətimə həssaslıq göstərəcək, müvafiq qaydada tapşırıq verəcəksiniz, daha bir özbaşınalıqla üzləşən vətəndaşa sahib çıxacaqsınız. Haqq nazildir, üzülər, amma qırılmaz!”

Əvvəlki yazı

“Access Bank” “Qaramanlı”nı çökdürdü: 260 minlik zərbə – Video

Sonrakı yazı

Antalyaya gedən 20 ailəyə fırıldaq: nə bilet var, nə də – Foto

Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.