Milli Şura və REAL arasında gələnilki parlament seçkilərində iştirak edib-etməməklə bağlı yaranan qalmaqal davam edir. Hər iki düşərgə sosial şəbəkələri “savaş meydanına” çeviriblər. Xüsusilə REAL sədri İlqar Məmmədovun seçkilərdə iştirakla bağlı son açıqlamaları MŞ-nin onun üzərinə total şəkildə hücum etməsi ilə nəticələnib.
Qurumun funksionerləri REAL-ı küçə söyüşləri ilə təhqirlərə “qonaq edirlər”.
MŞ-nin Koordinasiya Şurasının üzvü Rafiq Manaflı öz feysbuq profilində bu statusu paylaşıb: “Parlament seçkiləri hələ heç üfüqdə də görünmür. Heç kim heç kimə nəyi isə yedizdirməsə, İlqar Məmmədovun sözü olmasın, seçki sezonuna bir ildən artıq vaxt var.
Amma indidən, adını REAL qoyub ölkəmizin siyasi reallıqlarından bir əsr uzaq olan partiya özünün bütün “dayandoldurum” arsenalını işə salıb. Vurnuxurlar. Heç nəyin dəyişməyəcəyi seçki mühitində seçkidə iştirak suçunu yumşaltmağa çalışırlar. Əlhəmləri o qədər çaşıb ki, İlqar Məmmədov ömrünü millət davasına qurban edənləri boykot pozası verən erməni əlaltısı adlandırmağa qədər alçalır…
REAL-ın missiyası seçkini legitimləşdirməkdir… Onu da çox gözəl bilirlər ki, biz, onların erməni əlaltıları adlandırdıqları qüvvə buna imkan verməyəcəyik. Adlarının beynəlxalq protokollara müxalifət kimi düşməsi heç nəyi həll etmir. Qos-qoca Müsavat Partiyasının 2015-ci il seçkilərində iştirakı o seçkilərə legitimlik verə bildimi ki, REAL kimi bambılı bir qurum verə bilsin.
Bunu dərk etmək onları o qədər əsəbiləşdirib ki, hətta REAL-ın əsas “dayandoldurumu” Natiq Cəfərli gələcək boykotçuları “Boykotçular İttifaqı Təşkilatı” adlandıraraq, onun abbreviaturası ilə bizim ünvanımıza BİTlər yığını ifadəsini işlədib. Bizlər, Natiq bəy, “Boykotçular İttifaqı Təşkilatı” yığını ola bilərik, amma sizin kimi seçkiyə “Gedib Özünü Təslimləyənlər” yığını heç vaxt olmarıq”.
Eldəniz Quliyev: “İlqar müəllim həbsxanada döyülüb dişləri sındırılandan sonra…”
MŞ-nin Koordinasiya Şurasının daha bir üzvü Eldəniz Quliyev isə bunları yazıb: “Bir zamanlar İlqar Məmmədov var idi… İndi yoxdur. Nə vaxtsa REAL adlı siyasi bir qurum da vardı… İndi o da yox kimi bir şeydir.
Üzvlərinin əksəriyyəti yaxşıca qızarıb-bişib-kreativləşdiklərindən, ismi-şəriflərini HƏRƏKAT qoymuşdular. Amma bütün bunlara baxmayaraq, düz-əməlli bir addım atıb HƏRƏKƏT də eləyə bilmədilər… PARTiyaya çevrilən kimi isə başladılar – parta-part – “xolostoy” güllə atəşinə… Özü də “silahı” demokratiya uğrunda mücadilə aparan öz əqidə və amal yoldaşlarına tərəf tuşladılar. Yatıb-yatıb qəfil oyanmış palçıq vulkanı təki, AXCP-nin, təmsil olunduğum Milli Şuranın ünvanına nifrət dolu çamur püskürdülər… Və nəticədə, REAL özünü dərin və anti-sanitar bir irreallıq boşluğuna yuvarlatdı…
Qəribə də olsa, hazırda həmin o boşluqdan siyasət keçilərinin “seçki-seçki” mələrtisindən başqa özgə bir səs eşidilmir!..
Onu da deyim ki, hörmətli-izzətli, bir az da həşəmətli İlqar müəllim həbsxanada döyülüb dişləri sındırılandan sonra əcaib-qəraib bir transformasiyaya uğrayıb…”