09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bağçalarda rüşvətlə mübarizə aparılmalıdır” – Asim Mollazadə

23 Avqust 2019, 11:15
Seçmə, Sosial
A A
“Bağçalarda rüşvətlə mübarizə aparılmalıdır” – Asim Mollazadə

Bu yaxınlarda Dövlət Statistika Komitəsi məktəbəqədər təhsil müəssisələri ilə bağlı rəqəm açıqlayıb.

Belə ki, dövlət bağçalarında işləyən 16099 pedaqoji işçinin 31,8 faizi ali, 61,7 faizi orta ixtisas, 6,3 faizi isə tam orta təhsillidir. 1679 dövlət bağçasının müdirlərindən 69,9 faizi ali, 28,6 faizi orta ixtisas, 1 faizi isə tam orta təhsillidir. Ümumilikdə isə rəsmi statistikaya əsasən, 505 bağça müdirinin ali təhsili yoxdur.

Maraqlıdır, ali təhsili olmayan şəxslərin bağça müdiri kimi çalışmasına münasibət necədir?

Məktəbəqədər təhsil müəssisələrində yoxlamaları kim və necə  necə aparmalıdır?


Modern.az
 saytı mövzuya münasibət öyrənməyə çalışıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi İsrafil Kərimov bildirib ki,  Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəbəqədər rəhsil müəssisələrində ali təhsilsiz bağça müdiri yoxdur:
“Həmin məsələ ilə əlaqədar bağçalarla maraqlandım. Bir neçə  il bundan qabaq Təhsil Nazirliyi bütün bağça müdirlərinin diplomlarını yığıb və onların uyğun olub-olmadığını yoxlayıb. Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində bir nəfər də olsun nə diplomsuz, nə də diplomu bağça təhsilinə yaramayan bağça müdiri var. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də yoxlama aparılıb”.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Asim Mollazadə deyib ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artmalı, bu şəbəkə genişlənməlidir:
“Bağçalarda açkarlanan hər hansı bir nöqsana qarşı çox sərt mübarizə aparılmalıdır. Bu gün bağçalarla bağlı problemlər hamını narahat edir. Dövlət bağçalarında olan rüşvət faktları ilə bağlı sərt mübarizə aparılmalıdır. Günahkarlar  öz cəzasını çəkməlidirlər. Əks halda, bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq. Həmçinin, bağçalarda olan neqativ halların ortaya çıxarılması üçün dövlət orqanları ilə yanaşı, ictimaiyyət və media da əllərindən gələni etməlidir”.

Təhsil eksperti Etibar Əliyev isə düşünür ki, məktəbəqədər təhsil müəssisələri mütləq Təhsil Nazirliyinin tabeliyinə verilməlidir:
“Məktəbəqədər təhsil müəssisələrinin kadrlarla təminatında çox böyük problemlər mövcuddur. Bağça müdirlərinin, tərbiyəçi müəllimlərin böyük kəsimi kollec məzunlarıdır.

Araşdırsanız görərsiniz ki, böyük əksəriyyəti qiyabi təhsil alıb. Qiyabi təhsilin vəziyyəti haqqında hamımız məlumatlıyıq. Buna görə də bağçaların səviyyəsi çox aşağıdır. Məktəbəqədər təhsilin nəinki kadr təminatı, eyni zamanda tədrisi də pis vəziyyətdədir.

Hansı ölkələrdə təhsil güclüdürsə, orada məktəbəqədər təhsil müəssisələrinin səviyyəsi çox yüksəkdir. Ortada Yaponiya, Almaniya nümunələri mövcuddur. Azərbaycanda məktəbəqədər təhsil müəssilərinin həm sayı azdır, həm də kadr təminatı bərbad vəziyyətdədir. Ona görə də yaxşı tərbiyə və elementar biliklərin verilməsində uşaqlar üçün problemlər yaranır.

Düşünürəm ki, təhsilin bu mühüm həlqəsində islahatlara ehtiyac var. Birincisi, çox ciddi monitorinq aparılmalıdır. Elə  məktəbəqədər təhsil müəssisələri var ki, orada yaşı keçmiş tərbiyəçilər çalışır. İkincisi, kurrikulumlar, tədris metodiki vəsaitlər çox ciddi ekspertiza olunmalıdır.

Üçüncüsü, məktəbəqədər təhsil müəssisələri paytaxtda Bakı şəhər İcra Hakimiyyətinin, rayonlarda isə rayon icra hakimiyyətlərinin tabeliyinə veriləndən sonra təhsilin və tərbiyənin keyfiyyəti ilə maraqlanan yoxdur. Bu qurumlar Təhsil Nazirliyinin tabeliyində olmadığı üçün icra hakimiyyətləri bağçaları ekspertiza etmək iqtidarında deyillər.

Çünki bütün kurrikulum, tədris metodiki vəsaitlər Təhsil Nazirliyinin tərkibindədir. İcra hakimiyyətləri mütəxəssis baxımından yetərli deyillər. Ona görə də ilk islahat olaraq məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə qaytarılmalıdır”.

Əvvəlki yazı

Əli Əhmədov Abutalıbovun bazarını “vurdu”

Sonrakı yazı

Rusiya və Suriya türk konvoyunu bombaladı – Dəhşətli müharibə

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.