22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İbrahimbəyovun kino ittifaqı ətrafında qalmaqal – Açıqlama

21 Avqust 2019, 12:08
Gündəm, Seçmə
A A
İbrahimbəyovun kino ittifaqı ətrafında qalmaqal – Açıqlama

Təxminən 6 il əvvəl özünü siyasətdə sınayan və müxalif qüvvələrin vahid platformasında prezidentliyə namizəd kimi meydana çıxan kinorejissor, ssenarist Rüstəm İbrahimbəyov yenidən film həyatına qayıdıb.

2013-cü ilin seçkiləri ərəfəsində həbs təhlükəsi olduğunu deyərək Rusiyadan Azərbaycana qayıtmayan İbrahimbəyov siyasi fəaliyyətinə son qoyaraq son dövrlər vətənə tez-tez gəlir.

Artıq hakimiyyət orqanları ona “yaşıl işıq” yandırıb və budur – Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının bütün orqanlarının, o cümlədən sədr R.İbrahimbəyovun səlahiyyətini təsdiq edib.

Məsələnin qarışıq, qeyri-müəyyən tərəfi paralel olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının(ARKİ) olmasıdır. ARKİ-nin sədri Şəfiqə Məmmədovadır. Qurum özünü legitim təşkilat sayır, İbrahimbəyovun kino ittifaqını qəbul etmir.

AKİ-yə yeni katib seçilən əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu “Yeni Müsavat”a bildirdi ki, onların yenidən bir araya gəlməsində məqsəd kinonun inkişafına yönəlikdir:

“Anar, Rasim Balayev, Cəmil Fərəcov, Əli İsa Cabbarov, Oleq Səfərəliyev və mən katiblər seçilmişik. Soyadlara baxanda aydın olur ki, öz imzasını kinometoqrafiyada qızıl hərflərlə həkk eləmiş adamlardır.

Bizim bir araya gəlməyimiz, o cümlədən hökumətin milli kinoya maddi və mənəvi  dəstəyi elə bilirəm ki, bu istiqamətdə öz sözünü deyəcək. Ancaq hələlik inkişafdan danışmayaq, milli kinonun keçmiş şöhrətini qaytarmaqla, reanimasiyası ilə məşğul olmalıyıq. Ondan sonra adaptasiyası üçün əlavə tədbirlər görüləcək”.

B.Vəziroğlu ümid edir ki, gözəl təməli qoyulmuş, unudulan milli kinonun şöhrəti üzərində o ənənələri saxlamaqla yeni milli kino yaradılacaq: “Sovet kinematoqrafiyasının qabaqcıl, ən iri gövdəli qollarından biri Azərbaycan olub və gözəl ənənələr olub. Onlardan tam imtina etmək milli nihilizmə apara, bizi dalana dirəyə bilər.  Rasim Ocaqov, Eldar Quliyev, Oqtay Mirqasımov kimi kino nəhənglərinin yaratdığı məktəbin ənənələrini götürüb istedadlı gənclərin hesabına milli kinomuzu dirçəldə bilərik”.

AKİ katibinin sözlərinə görə, bu qurum 1963-cü ildə yaradılıb, 60 ilə yaxın tarixi var: “Yenilənmiş nizamnaməsini və yeni rəhbər orqanlarını təsdiq etdirdik ki, legitimli qurum kimi fəaliyyəti davam etdirək”.

B.Vəziroğlu paralel fəaliyyət göstərən ARKİ ilə bağlı isə bildirdi ki, bu problem onların tərəfindən yaradılmayıb:“Rüstəm müəllim bu yaxınlarda müsahibəsində demişdi ki, problemi biz yaratmamışıq. Ona görə də kimlər yaradıbsa, həll yolunu da tapacaqlar. Digər tərəfdən də Azərbaycanda elə bir geniş kino sənayesi yoxdur ki, iki kino ittifaqı zəruri olsun. Bu məsələ intriqaya çevrilir. Bizim ən böyük uğurumuz söz, ifadə azadlığı əldə etməyimizdir. Həmin qurum, Ayaz Salayev və başqaları istədiyi kimi düşünə, qəbul edə bilər. Bu, onların şəxsi azadlığıdır”.

İbrahimbəyovun keçmişdəki siyasi fəaliyyəti, “Qafqaz üçlüyü” filminə görə onun ətrafına toplaşanların qınanmasına gəlincə, B.Vəziroğlu qeyd etdi ki, siyasətlə siyasətçilər məşğul olurlar: “Biz bura toplaşmışıq ki, nə cür edək kinonu ağ günə çıxaraq, yaralarını sağaldaq. Siyasətlə siyasətçi məşğul olur. Biz Azərbaycan mədəniyyətinin təbliğini, təşviqini nəzərdə tutmuşuq.

Sadəcə, bir xəstəliyimiz var ki, komanda oyunu oynaya bilmirik. Kino incəsənətin sintez növüdür. Burada tək yaxşı ssenari ilə gözəl film olmur. Yaxşı rejissor, operator, musiqi, işıq, aktyor heyəti birləşəndə əla kino yaranır. Ona görə ən yaxşılar toplaşanda nümunəvi filmlər meydana çıxır. Necə ki, “Ad günü”, “Nəsimi”, “Tütək səsi” filmləri yaranıb. Potensialımız var və tezliklə məhsul üzə çıxacaq”.

Qurumun katibi qeyd etdi ki, İbrahimbəyov Bakıda mütəmadi oldu-olmadı, ittifaqın fəaliyyətinə təsir etməyəcək:“Rüstəm müəllim dünyəvi insandır, çevik, mobil rəhbər qrup yaradılıb, burada olub-olmamağı fərq etməyəcək. Hazırda diskussiyalar, qızğın iş gedir, daha da güclənəcəyik. Yeri gəlmişkən, kinomuzun nəhəngi Həsən Seyidbəyli adına olan küçədə, 18 ünvanda gözəl Kino Evi və kino zalı yaradılıb. Kino xadimləri, kinomanlar günün istənilən vaxtı bura gələ, görüş təyin edə, yeni filmlərə baxa bilərlər”.

ARKİ katibi, rejissor Ayaz Salayev isə “Yeni Müsavat”a bildirdi ki, ilk bövbədə İbrahimbəyovun təşkilatının feysbuk səhifəsinə diqqət etmək lazımdır.

Onun sözlərinə görə, ittifaqın virtual səhifəsinə baxanda görmək olar ki, sovet kinosunun şəkillərini vurublar: “Onlar soveti özlərinə bayraq ediblər.  Mənim fikrimcə, onların rəhbərinin fəaliyyəti, yaradıcılığı, çıxışları Azərbaycanı SSRİ içində görmək arzusudur.

Yeni ittifaq ilk növbədə müstəqil Azərbaycanın müstəqil kinosu ilə özünü bağlamalıdır. Amma fikirləşirlərsə iki ittifaqa kino sənayemizdə yer yoxdursa, onda öz arzularını müstəqilliyə bağlayan kinematoqrafçıların fəaliyyətinə yer verilməlidir”.

A.Salayev qeyd etdi ki, əgər həmin ittifaqın başında “Qafqaz üçlüyü” filmi kimi murdar filmin müəllifi dayanırsa, o ittifaqda qalmağa dəyməz. 

Əvvəlki yazı

Pilotumuzun vida mərasimindən – Fotolar

Sonrakı yazı

Deputat: “Parlamentin gəncləşməsi qaçılmazdır”

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.