22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

19 Aprel 2018, 18:09
Cəmiyyət
A A
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

“Nar” və ADA Universiteti mövcud əməkdaşlığı genişləndirməyə qərar verib. 

Şirkətdən AFN-ə verilən məlumata görə, bununla bağlı bu gün əməkdaşlıq razılaşması imzalanıb. Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.

Razılaşmanın imzalanma mərasimində “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke ADA Universiteti ilə əməkdaşlığın “Nar”-ın irimiqyaslı korporativ sosial məsuliyyət layihələrinin reallaşdırılması baxımından böyük perspektivlər vəd etdiyini bildirdi.

“Mən inanıram ki, bu məhsuldar tərəfdaşlıq platformu ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə və yeni innovativ layihələrin inkişafına böyük töhfə verəcəkdir”, – deyə cənab Panke qeyd etdi.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə elm və təhsil layihələrinin “Nar”-ın sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirildiyi üçün mobil operator nümayəndələrinə minnətdarlığını bildirdi: “ADA-nın təklif etdiyi karyera yönümlü müasir akademik proqramlar nəzəriyyə ilə təcrübəni bir araya gətirir. Bu mənada, “Nar”-ın öz sahəsi üzrə geniş təcrübəyə malik peşəkarlarının tələbələrimizlə quracaqları ünsiyyətin böyük fayda verəcəyinə biz də inanırıq”.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri kimi təhsil və maariflənmənin inkişafına dəstək çərçivəsində təhsil müəssisələri və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurub, tələbələr üçün həvəsləndirici aksiyalar keçirib, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edib.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir

 

Əvvəlki yazı

General oğlunun məhkəməsində yalan danışan şahid 200 manat cərimələnib

Sonrakı yazı

Milli Məclisinin deputatından Prezidentə şikayyət

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.